Böyükağa Hacıyev: "Əsas odur uduzmadıq"

12.03.2014 | 3760 dəfə oxunub

"Kubok oyunları adətən ağır olur, mərhələ adlamaq üçün iki oyun oynayırsan. 1-1 hesablı bərabərlik bizim xeyirimizədir. Əsas odur ki, səfər oyununda qol vurduq. Düzdür, üstünlüyü saxlaya bilmədik. Bunun əsas səbəblərindən biri də 3 gün öncə “Qəbələ” ilə səfərdə ağır oyun keçirməyimizdir. “İnter” isə bizdən bir gün öncə oynamışdı. İrəliyə nikbin baxırıq, cavab oyununda bütün suallara aydınlıq gələcək". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun 1/4 finalında "İnter"lə ilk oyundan (1:1) sonra deyib.

Qarşılaşma ərzində komandasının yorğun görsəndiyini vurğulayan B.Hacıyev futbolçusu Flavinyonun oyununu isə bəyənməyib: "Flavinyonun stabil oyun göstərməyinə alışmışıq, o da insandır. Bu gün imkanlarından aşağı oynaması haqqında onunla söhbət edəcəm. Ümumilikdə komanda yorğun görsənirdi. Bir əvəzetmə ilə oyun sxemini dəyişdim. Məqsədim mərkəzi gücləndirmək idi. Bərabərlik qismət idi, səfərdə qol vurduq, məğlub olmadıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail