"Qəbələ"nin 15-ci "Bakı" səfəri

14.03.2014 | 3131 dəfə oxunub

“Qəbələ” klubu Topaz Premyer Liqanın XXVI turunda səfərdə “Bakı” ilə qarşılaşacaq.Stadium.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 16-da paytaxtda keçiriləcək görüş rəqiblər arasında 29-cu duel olacaq. “Qırmızı-qaralar” 9 illik tarixində heç bir rəqiblə bu qədər qarşılaşmayıb. Bu görüşədək həm “Bakı”, həm də “Qarabağ” 28 dəfə “Qəbələ”nin önünə çıxmışdı. Son 3 matçda bakılıları məğlub edən Qəbələ təmsilçisi ümumilikdə 6 dəfə paytaxtın eyniadlı təmsilçisini məğlub edib. Daha 7 dəfə isə rəqiblər bərabərliklə ayrılıb. “Bakı”nın hesabında isə daha çox – 15 qələbə var. Bu qarşılaşmalarda paytaxt futbolçuları 32, “qırmızı-qaralar” isə 20 dəfə rəqib qapısına yol tapıb. 6 dəfə kubokda yolları kəsişən “Qəbələ” ilə “Bakı” 22 çempionat matçında münasibətlərini aydınlaşdırıb. Bütün qələbələri çempionata təsadüf edən əyalət təmsilçisi 4 heç-heçə edib və 12 dəfə meydanı xalsız tərk edib. Top fərqində də bakılılar öndədir - 26:18.

Son 3 səfər oyununda uduzmayan “Qəbələ” Bakı klubunun meydanında keçirdiyi 14 görüşdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 9 dəfə uduzub. 15-ci səfər matçında 10-cu qolunu vurmaq iddiasında olan “qırmızı-qaralar” 21 top buraxıb. “Qəbələ”nin “Bakı” ilə duellərində ümumilikdə 52 qol vurulub. Bu oyunların ən yaxşı bombardiri Viktor Mendidir. “Qırmızı-qaralar”ın legioneri 5 dəfə rəqib qapısına yol tapıb. Bakılıların heyətində isə 4 qol vuran Aleksandr Şoliç öndədir. Joao Silvinyo de Karvalyo, Amiran Muciri isə hərəyə 3 qolun sevincini yaşayıb. “Qəbələ”nin 20 qoluna 14 futbolçu imza atıb. Mendidən başqa, daha 2 oyunçu 1 dəfədən artıq fərqlənib. Vitali Balamestnı ilə Yannik Kamanan 2 dəfə rəqib qapısına yol tapıb. Rəqibin heyətində Əhməd Ticani, Leandro Qomeş və Uinston Parksın da 2 qolu var. 

2006/07. Premyer Liqa
29.10.2006. Bakı - Gilan (Qəbələ) - 1:0
Aleksandr Qoqoberişvili, 5

2006/07. Azərbaycan kuboku
21.11.2006. Gilan (Qəbələ) - Bakı - 0:2
Georgi Meqreladze, 78, Leandro Qomeş, 90+2

2006/07. Azərbaycan kuboku
02.12.2006. Bakı - Gilan (Qəbələ) - 1:0
Leandro Qomeş, 51

2006/07. Premyer Liqa
18.04.2007. Gilan (Qəbələ) - Bakı - 0:1
Vüqar Quliyev, 55

2007/08. Premyer Liqa
19.08.2007. Qəbələ - Bakı - 2:0
Vitali Balamesttnı, 71, Tornike Aptsiauri, 79

2007/08. Premyer Liqa
24.02.2008. Bakı - Qəbələ - 3:0
Əhməd Ticani, 16, Eli Sisse, 57, Anatoli Ponomaryov, 86

2007/08. Azərbaycan kuboku
06.03.2008. Bakı - Qəbələ - 1:1
Əhməd Ticani, 28 - Samir Zərgərov, 22
.
2007/08. Azərbaycan kuboku
20.03.2008. Qəbələ - Bakı - 1:1, p.4:3
Vitali Balamestnı, 44 - Amiran Muciri, 35

2008/09. Premyer Liqa
09.11.2008. Bakı - Qəbələ - 3:0
Fernando Peres, 21, Amiran Muciri, 54-p.; 74

2008/09. Premyer Liqa
26.04.2009. Qəbələ - Bakı - 0:1
Uilyam Roşa Batista, 74

2009/10. Premyer Liqa
31.10.2009. Qəbələ - Bakı - 0:2
Bəxtiyar Soltanov, 40; Aleksandar Şoliç, 76
   
2009/10. Premyer Liqa
13.02.2010. Bakı - Qəbələ - 2:0
Gürşat Duymuş, 35; Adriano Padilyo Nasimento, 90+2

2009/10. Premyer Liqa
28.03.2010. Bakı - Qəbələ - 1:1
Aleksandar Soliç, 21 - Pərvin Paşayev, 78

2009/10. Premyer Liqa
01.05.2010. Qəbələ - Bakı - 1:0
Paulino Lopes Tavares, 72

2010/11. Premyer Liqa
22.08.2010. Bakı - Qəbələ - 2:1
Fabio Luis Ramim, 29; Joao Silvinyo de Karvalyo, 73-p. - Deon Barton, 6

2010/11. Premyer Liqa
23.12.2010. Qəbələ - Bakı - 0:1
Joao Silvinyo de Karvalyo, 50

2010/11. Azərbaycan kuboku
03.03.2011. Qəbələ - Bakı - 0:0

2010/11. Azərbaycan kuboku
08.03.2011. Bakı - Qəbələ - 1:0
Joao Silvinyo de Karvalyo, 57

2011/12. Premyer Liqa
07.08.2011. Qəbələ - Bakı - 0:0

2011/12. Premyer Liqa
26.11.2011. Bakı - Qəbələ - 2:1
Deividas Çesnauskis, 17; Uinston Parks, 29 - Serj Cehua, 88-p.

2011/12. Premyer Liqa
01.04.2012. Bakı - Qəbələ - 2:1
Uinston Parks, 57; Aleksandar Soliç, 90+3 - Yannik Kamanan, 16

2011/12. Premyer Liqa
29.04.2012. Qəbələ - Bakı - 4:0
Yannik Kamanan, 37; Vurğun Hüseynov, 49; Viktor Mendi, 58; Nodar Məmmədov, 90+2

2012/13. Premyer Liqa
04.10.2012. Bakı - Qəbələ - 1:1
Aleksandar Soliç, 59 - Viktor Mendi, 14

2012/13. Premyer Liqa
02.12.2012. Qəbələ - Bakı - 0:2
Vilson Junior, 53; Nurlan Novruzov, 83

2012/13. Premyer Liqa
13.04.2013. Qəbələ - Bakı - 1:1
Viktor Mendi, 30 - Rauf Əliyev, 90+1 (p.)

2012/13. Premyer Liqa
09.05.2013. Bakı - Qəbələ - 0:1
Rodriges Assis, 65

2013/14. Premyer Liqa
03.08.2013. Bakı - Qəbələ - 1:2
Mindauqas Kalonas, 12 - Viktor Mendi, 62; 82

2013/14. Premyer Liqa
20.12.2013. Qəbələ – Bakı - 2:0
Daniel Subotiç, 19; Lorentso Ebesilio, 90+4 (pen.)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail