Syomin: "İnter”in qələbəsi qanunauyğun oldu"
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin bu gün Topaz Premyer Liqasında “İnter”ə 1:4 hesablı ağır məğlubiyyəti şərh edib. Stadium.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Syomin bildirib ki, rəqibləri onları bütün göstəricilərdə üstələyib: “İnter”in qələbəsi qanunauyğun oldu. Bizim oyunumuz heç cür alınmadı. Bunun səbəblərindən biri əsas heyətdən bir neçə müdafiəçinin olmamasıdır. Bu dəfə rəqibə qarşı müdafiədə etibarlı oynaya bilmədik. Bundan əlavə “İnter” kubok oyunundan sonra fiziki baxımdan bizdən daha güclü oldu. Gənc futbolçulara şans verməli olduq”.
Bir vaxtlar “İnter”də oynamış müdafiəçiləri Vladimir Levinin birinci hissədə erkən əvəzlənməsi haqda suala rusiyalı mütəxəssis belə cavab verib: “Bu əvəzetmənin onun nə vaxtsa “İnter”də oynaması ilə bağlılığı yoxdu. Sadəcə, bizə qələbə lazım idi. Hesabda geri düşdüyümüz üçün Levinin yerinə Leonardo da Silvanı buraxdım. Amma o ümidləri doğrultmadığı üçün ikinci hissədə əvəzlədim”.
İstefa verməsinin mümkünlüyü haqda sualı Syomin belə cavablandırıb: “Bu, klub rəhbərliyinin qərarından asılıdır”. Bundan sonra isə Syomin jurnalistlərə sual verib: “Siz mənim istefamı istəyirsiniz? Ötən ilki “Qəbələ” ilə indikinin hansı pillələrdə olduğunu müqayisə edin. Uğursuzluq var. Biz də bunun səbəbini axtarırıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |