Berti Foqtsun gedişinə sevindi: "Çox şadıq" FOTO

31.03.2014 | 3775 dəfə oxunub

Futbol üzrə ABŞ millisinin baş məşqçisi Yurgen Klinsman Azərbaycan yığmasının çalışdırıcısı Berti Foqtsun onun xüsusi məsləhətçisi təyin olunmasına münasibət bildirib. Stadium.az xəbər verir ki, Klinsman Foqtsla bağlı bunları deyib: "Berti Foqts məsləhətçi kimi bizə qoşulduğu üçün çox şadıq. Onun həm futbolçu, həm də məşqçi kimi bilik və təcrübəsi çox zəngindi. Yüksək nailiyyət əldə etmək üçün nəyin lazım olduğunu yaxşı bilir.

Foqts 1990-cı illərdə mənim məşqçim olub və onunla çox yaxşı münasibətlərimiz var. Öz növbəsində Foqts Şotlandiya, Nigeriya və Azərbaycan yığmalarını çalışdırdığı dönəmlərdə dünya çempionatındakı rəqiblərimizlə yaxşı tanışdı". Dünya çempionatının G qrupunda qərarlaşan ABŞ millisi Almaniya, Portuqaliya və Qana yığmaları ilə mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail