“Zenit”in və “Neftçi”nin sabiq baş məşqçisi, hazırda Çexiyanın “Vlaşim” komandasına rəhbərlik edən Vlastimil Petrjela, “Qəbələ”nin baş məşqçisi vəzifəsində Yuri Syomini əvəz edə biləcəyi ilə bağlı yayılmış məlumata açıqlama verib. Stadium.az xəbər verir ki, çex mütəxəssis bunları söyləyib: “Mənə Azərbaycan klubunun maraqlarını təmsil etdiyini deyən bir nəfər zəng etdi. Vəziyyəti izah etdi, mənim planlarımla maraqlandı. Mən “Vlaşim”lə mövsümün sonuna qədər qüvvədə olan müqaviləmin olduğunu və onu sona qədər işləmək istədiyimi cavab verdim. Sonra isə baxarıq. Ancaq onu deyə bilərəm ki, Rusiya və Azərbaycandakı işim haqda xoş təəssüratlarım qalıb”.
championat.com