Pantiç: "Yox, yox, komandam heç vaxt bu cür çıxışa meyl etməyəcək"

05.04.2014 | 3837 dəfə oxunub

"Çox çətin oyunda “Neftçi” kimi böyük rəqibə qarşı oynayacağıq. Yaxşı heyəti olan komandanı güclü məşqçi çalışdırır. Hansı ki, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bir vaxtlar “Bakı”nın “sükanı arxası”nda ölkə çempionu olub. Qələbə qazanmaq çətindir, amma həyatda mümkünsüz heç nə yoxdu. Bu isə 3 xalı düşündüyümüzdən xəbər verir".
 
Stadium.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib. 
 
Premyer Liqanın 29-cu turu çərçivəsində "Nefçti" ilə qarşılaşacaq "Bakı"nın serbiyalı çalışdırıcısı komandasının heyət baxımından problemlə üzləşdiyini bildirib: "Vərəqə cəzaları olan (Etto, Vüqar Mustafayev) və 3 zədəli futbolçunun (Rauf Əliyev, Namiq Ələsgərov və Elvin Məmmədov) yoxluğu bizə böyük problem yaradacaq.
 
Belədə heyəti müəyyənləşdirmək çətindir. Hətta komandamda ehtiyatda oturmaq üçün oyunçu çatışmazlığı var. Ancaq bu, özümə bəraət qazandırmaq kimi çıxmasın. Bütün bunlar “Bakı”nın səfərdə müdafiəmeylli oyun göstərməsini şərtləndirmir. Yox, yox, komandam heç vaxt bu cür çıxışa meyl etməyəcək. Əksinə, ilk dəqiqələrdən üstünlük qazanmağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail