Mustafa Dənizlidən Mançiniyə məsləhət
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyə superliqasında dünən baş tutan "Qalatasaray" - "Fənərbaxça" matçını (1:0) şərh edib.
"Matç başlamadan öncə gərginliyin psixoloji səbəblərdən olacağını zənn edirdim. Amma oyunu izləyən vaxt gördüm ki, bu gərginlik mikrob kimi bütün futbolçulara bulaşıb. Derbi tarixində hər iki komandanın oyunçularının bu qədər nəzarətsiz oynadığı matçlar az olub. "Fənərbaxça" ilə "Qalatasaray" arasında xal fərqi çox olduğu üçün bu, çempionluq oyunu deyildi. Əgər elə olsaydı, qarşılaşma daha da gərgin keçərdi.
Əmrə Bəlözoğlu qırmızı vərəqə ilə cəzalandırılaraq "Fənər"i azlıqda qoysa da, matçda heç nə dəyişmədi. Bunun iki səbəbi var. Birincisi, "Qalatasaray" yenə də iki hücumçu ilə oynamağa davam etdi. İkincisi, bu qırmızı vərəqə "Fənərbaxça"nın sanki lehinə oldu. Fiziki cəhətdən daha güclü olan meydan sahiblərinin oyunçuları -Topal və Meyreleş Melo və Səlçukdan daha yaxşı oyun nümayiş etdirdi. Emenike isə üç futbolçuya qarşı çıxış etdi".
Türkiyəli çalışdırıcı "Qalatasaray"ın baş məşqçisi Roberto Mançiniyə məsləhət verməyi də unutmayıb: "Qalatasaray" Aleks Tellesi daha irəlidə oynatmalıdır. O, ən yaxşı pressinq edən, ötürmələr verən oyunçulardan biridir. Bunu mütləq dəyərləndirməldirlər".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |