"Qəbələ" "Fənərbaxça"ya uduzdu

22.04.2014 | 3178 dəfə oxunub

"Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində keçirilən V Vodafone Beynəlxalq turnirində çıxışını davam etdirir. Stadium.az xəbər verir ki, turnirin açılış günündə 2 oyun keçirən və maksimum nəticə qazanan təmsilçimiz qrupun son matçında "Fənərbaxça" ilə qarşılaşıb.

Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Qrupda 6 xal toplayan və növbəti tura - 1/8 final mərhələsinə vəsiqə qazanan "qırmızı-qaralar" bu etapda İtaliya "Milan"ına rəqib olub. Maraqlı mübarizə şəraitində keçən "Qəbələ" - "Milan" qarşılaşması ikincilərin 1:0-lıq qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Ülfət Mədətovun yetirmələri 9-16-cı yerlər uğrunda mübarizəyə qoşulub. Təmsilçimiz bu çərçivədə "Antalyaspor"la üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail