"Avrokuboklara getməyi çox istəyirəm" MÜSAHİBƏ

30.04.2014 | 3680 dəfə oxunub

Milli komandamız və "Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi

 

- "Bakı" 4 turdu ki, qələbə qazana bilmir. Enişin səbəbi nədi?

- Mən də bilmirəm. Futbolda belə şeylər olur. Daim udmaq olmur. Qarşıda hələ 3-4 tur var. İndidən heç nə demək olmaz. Artıq keçmiş oyunları unutmalıyıq. Dörd turu fikirləşməliyik. Qarşıda "Qarabağ"la ağır oyunumuz var. Bütün fikrimizi həmin oyuna yönəltməliyik.

 

- 4 həftə öncə komandanız avrokuboklara düşməyə ən real namizədlərdən biri idi. İndi isə vəziyyət bir qədər fərqlidi. "Bakı"nın son uğursuzluqları ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Onlardan biri də Ruslan Leviqa məsələsinə görə komandanın cari mövsümdə UEFA tərəfindən cəzalanacağı və Avroliqaya buraxılmayacağıdı. Məhz bundan sonra komandada ruh düşkünlüyünün yarandığı və oyunlara ciddi yanaşmadığı söylənilir.

- Mən bu söhbəti birinci dəfədi eşidirəm. O, nə borcdu ki? Mən bilən, 40-50 min dollardı. Ona görə "Bakı"nı avrokuboklardan kənarda saxlamazlar. Digər tərəfdən, hansı məbləğ olsa da, onu mütləq ödəyərlər ki, klub cəzalanmasın. Bunlar həll olunası problemlərdi. Elə ciddi məsələlər deyil. İnanıram ki, o pulu nə vaxt olsa, verə bilərlər. Bunlar bizim üçün xırda şeylərdi. Əsas bizim öz fikrimizdi. Qalanları boş şeydi.

 

- Milinko Pantiç son açıqlamalarından birində qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulmadığını bildirib. Səncə, baş məşqçinin bu cür fikirlər səsləndirməsi komandanın oyununda geriləməyə səbəb ola bilərmi?

- Ola bilər. Bu, Pantiçin öz fikridi. Mən avrokuboklara getməyi çox istəyirəm. Orda oynamaq üçün çox darıxmışam. Nəticə qazanmaq lazımdı ki, Avroliqaya düşək. Əsas məqsəd ora düşməkdi. Bundan sonra kim istəməz ki, avrokuboklarda oynasın? Bu, mənim öz fikrimdi. Alınmasa, üzülərik. Amma futboldu. Belə şeylər olur.

 

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Sabiq komandan son iki oyunda xal itirdiyindən, "Bakı" ilə görüşə daha ciddi yanaşacaq. Prinsipial matçla bağlı nə deyə bilərsən?

- Doğrudan da çətin oyun olacaq. "Qarabağ"da da gərginlik var, bizdə də. Hər iki komanda meydana qələbə üçün çıxacaq. Doğrudan da maraqlı oyun olacaq. "Qarabağ" güclü komandadı. Çox güclü oyunçuları, baş məşqçiləri var. Qələbə qazanmağı "Qarabağ"dan çox istəyirik. Çünki istəyimiz avrokuboklara getməkdi. Öz meydanımızda oynayırıq. Mütləq qələbə qazanmalıyıq. İnanıram ki, sonda 3 xalı götürən tərəf də biz olacağıq.

 

- Əksər klublar artıq "Qarabağ"ı çempionluq münasibəti təbrik ediblər. Bu isə Ağdam klubunun düşərgəsində narazılıqla qarşılanır. Sən necə, "Qarabağ"ı çempion görürsən?

- Düz deyirlər. Onların fikirləri ilə tamamilə razıyam. Çempionluq təmin olunandan sonra təbrik eləmək olar. Heç nəyi bilmək olmaz. O qədər dedilər ki, komanda iki oyundu qələbə qazana bilmir. Bizə də uduzsalar, eniş olacaq. Əlbəttə ki, çempion olanda sevinəcəyik, təbrik edəcəyik. İnşallah, çempion olarlar.

 

- Əgər bu turda "Qarabağ"ı məğlub eləsəz, "İnter" də "Sumqayıt"ı yensə, "bankirlər"lə Ağdam klubu arasında xal fərqi 5-ə enəcək. Necə düşünürsən, sona 4 tur qalmış intriqanı geri qaytara bilərsiz?

- Biz özümüz üçün çalışırıq. "Bakı"ya 3 xal çox lazımdı. Avrokuboklara getmək üçün "Qarabağ"ı məğlub etməliyik. İntriqanı qaytarmaq haqda fikirləşməməliyik. Öz xallarımızı qazanmalıyıq. Çıxıb oyunumuzu oynamlıyıq. Qalan şeylər bizə aid olan məsələlər deyil. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail