İngiltərədə Azərbaycan haqda yazdılar

02.05.2014 | 3536 dəfə oxunub

"Atletiko"nun həm İspaniya La Liqasında, həm də Çempionlar Liqasındakı uğurlu çıxışı diqqət mərkəzindədi. 

Madrid klubunun Çempionlar Liqasının yarımfinalında "Çelsi"ni mübarizədən kənarlaşdıraraq finala yüksəlməsi isə bu uğurun pik nöqtəsi oldu. 
 
Artıq dünyada bir çox məşhur mətbuat orqanı "Atletiko"nun qazandığı nəticələrdən danışır.
 
"The Guardian" qəzetinin internet səhifəsi də "Atletiko" ilə bağlı material dərc edib. Yazıda bildirilir ki, komandanın hər qələbəsi təkcə Madriddə yox, həmçinin Bakıda qeyd olunur. Çünki klubun sponsoru Azərbaycandı.
 
Azərbaycan özünü idmanla məşhurlaşdıran bir ölkə kimi qeyd olunur, bu siyasətin uğurla davam etdiyi də vurğulanır.
 
Bundan əlavə, 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi, 1 il sonra "Formula-1" yarışlarının mərhələlərindən birinin Bakıda təşkil olunacağı da yazıda qeyd olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail