"Azərbaycanla oyunda qələbə qazanmalıyıq" AÇIQLAMA

03.05.2014 | 3336 dəfə oxunub

ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann Braziliyada baş tutacaq DÇ ərəfəsində komandasının keçirəcəyi yoldaşlıq oyunlarında yetirmələrindən qələbələr gözlədiyini bildirib. Stadium.az xəbər verir ki, bu qəbildən olan ilk yoldaşlıq oyununda ABŞ yığması millimizlə qarşılaşacaq. “Bizi üç oyun gözləyir: Azərbaycan, Türkiyə və Nigeriya yığmalarına qarşı. Biz bu oyunlarda qələbə qazanmalıyıq. Bu, bizə psixoloji nöqteyi-nəzərdən dünya çempionatına daha yaxşı hazırlaşmaq imkanı verəcək”, deyə Klinsmann qeyd edib. “Bu yığmalar çox yaxşı rəqiblərdir. Onlarla oyunlar bizə oyunçularımızın hansı vəziyyətdə olmasını müəyyən etməyə imkan verəcək”, deyə təcrübəli mütəxəssis vurğulayıb. Klinsmann toplanışa 30 futbolçunu cəlb edəcəyini açıqlayıb, ancaq adları bildirməyib. Bu heyətdən 23 futbolçu ABŞ yığmasının DÇ-yə yollanacaq heyətində yer alacaq. Xatırladaq ki, Klinsmanın DÇ-də məsləhətçisi millimizin baş məşqçisi Berti Foqts olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail