Türkiyədə karyerası alınmadı, Azərbaycanda çempion oldu FOTO

05.05.2014 | 3554 dəfə oxunub

Bildiyiniz kimi yayda Türkiyəyə üz tutan futbolçularımızın sayı çox idi. Onlardan biri də millimizin üzvü, "Neftçi"nin isə sabiq üzvü Fərid Quliyev idi. Əslində "Kahramanmaraşspor" Fəridə etibar edib komandaya gətirmişdi. Amma klubda baş verən böyük pul problemləri Fəridin orada qalmasına mane oldu. 

Hər halda son vaxtlar eniş dövrü yaşayan Quliyevin Türkiyədə yenidən öz sözünü demək imkanı yaranmışdı. Ancaq pulsuz necə oynayasan? Maraşda qaldığı vaxtlarda öz cibindən pul xərcləyib, dolanışığını sürdürən Quliyev PTT birinci liqada oynamadı. Artıq çoxları Quliyevin karyerasını başa vuracağını düşündüyü halda, Əsgər Abdullayev onu "Araz Naxçıvan"a dəvət etdi. Abdullayevin etibar etdiyi Fərid birinci divizionda oyunlara çıxdı. Qollarını vurub, Naxçıvan klubunun azarkeşlərini sevindirən Fərid ötən həftə çempion oldu. Qarşıdakı mövsümdə isə Premyer Liqada oynamağa haqq qazandı. Quliyevin Türkiyədə alınmayan karyerasından sonra ölkəmizə gəlib çempion olması onun karyerasında yeni səhifə açdı. 

Qarşıdakı mövsümdən Premyer Liqada oynayacaq Fəridin yenidən milliyə dəvət edilməsi isə gözləniləndi. Ən azından Berti Foqts onun oyununa yaxşı bələddi. İndi isə hər şey Fəridin özünü göstərməsi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail