FİFA və UEFA nümayəndələri Bakıda səfərdədir

21.12.2010 | 2836 dəfə oxunub

FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, UEFA-nın Milli Assosiasiyaların İnkişafı Departamentinin rəisi Tyerri Favre, UEFA-nın qadın futbolunun inkişafı üzrə koordinatoru Emili Şav və UEFA-nın stadionlar və infrastruktur üzrə eksperti David Pertriaşvili ölkəmizdə səfərdədir. Səfərin məqsədi Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər haqda məlumat almaq, 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatına hazırlıq işlərinin səviyyəsi ilə tanış olmaqdır. Bu gün AFFA-nın inzibati binasında U-17 qızlar arasında DÇ-2012-nin yerli təşkilat komitəsinin üzvləri ilə beynəlxalq futbol qurumlarının nümayəndələri arasında görüş keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov ölkəmizdə qadın futbolunun inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, dünya çempionatına hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib. Sonra FİFA və UEFA nümayəndələri 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşqini izləyib, Yeva Paskue və Emili Şav çıxış edərək yığmamıza uğurlar arzulayıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail