Kaxaber Tsxadadze: “Qarabağ” çempionluğa layiqli idi, biz də ikinciliyə"
“Komandaları mövsümün bitməsi ilə təbrik edirəm. Son oyunu gözəl qələbə ilə başa vurduq. Futbolçulara bu mövsüm göstərdikləri çalışqanlığa görə bir daha təşəkkür edirəm". Stadium.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının sonuncu turunda AZAL-la oyundan (3:1) sonra deyib. Gürcü mütəxəssis komandadan getmək istəyənlərə uğurlar arzulayıb:
“Qarabağ” çempionluğa layiqli idi, biz də ikinciliyə. Komandanın mövsüm boyu göstərdiyi futbol da xoşuma gəldi. Bugünkü matçda əvəzedici heyətin futbolçuları uğurlu çıxış etdilər. 90 dəqiqəni tam oynamaq iqtidarında olmasalar da, əsas heyətin oyunçularını layiqincə əvəz edə bildilər. Çempionatın səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Artıq Ruslan Əmircanov komandanı tərk edib. Digər futbolçular haqqında heç nə deyə bilmərəm. Təbii ki, komandadan futbolçuların getməyi üzücü haldır. Komandanın əsas futbolçuları qalacaq. Lakin həyatda puldan başqa digər amillər də var. Madriqalı qışda komandaya cəlb etdik, potensialına inanırıq. Sürətlidir, hər iki ayağı ilə oynaya bilir. Qarşıdakı mövsümdə özünü göstərəcəyinə inanıram. Flavio Junior və İvo Taborski də komandanı tərk edənlərdəndir. Əsas heyətin 90 faizini saxlayacağıq. Bir hücumçu ilə danışıqlarımızı davam etdiririk. Mövsüm çox gərgin və yorucu oldu. Avroliqada uğurlu çıxış etmək istəyirik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |