"Biz "Neftçi"ni Premyer Liqada məğlub etmişik" MÜSAHİBƏ

19.05.2014 | 3300 dəfə oxunub

“Qəbələ”nin yarımmüdafiəçisi Marat İzmaylov azerisport.az saytına müsahibəsində öz planları, Premyer Liqanın “bürüncü” və ölkə Kubokunun “Neftçi”yə qarşı keçiriləcək final oyunu haqda danışıb:
- Az qala hər gün sizin hə hansı kluba mümkün keçidiniz haqda yazırlar. Siz özünüz nə düşünürsünüz?
- Sizə səmimi deyə bilərəm ki, bütün bu söz-söhbət həqiqət deyil. Hətta oxumuram. Müvafiq heç nə barədə də düşünmürəm. Sizə səmimi deyirəm, mənim bütün fikirlərim yalnız final haqdadır. Bizim qalib gəlmək istədiyimiz final haqda. Buna ciddi hazırlaşırıq.
 
- Bəs sonra?
- Bu mövzu haqda sonra düşünəcəyəm. Ancaq mövsüm bitəndən sonra. Özü də nəinki düşünmək, daha çox “Portu”dan uzaqlaşmaq. Onlarla mövcud müqaviləm var. Əgər hər şey olmasa da, praktik olaraq, çox şey onlardan asılıdır.
 
- “Qəbələ”də qala bilərsiniz?
- Hələlik necə olacağını təsəvvür belə, etmirəm. Bu mövzuda heç kimlə danışmamışam. Yazılanlar da həqiqət deyil.
 
- Siz Azərbaycan Premyer Liqasının ən adlı-sanlı oyunçularındansınız. “Qəbələ”nin heyətində qazanılmış bürünc medallar sizin üçün nə deməkdir?
- Üçüncü yeri götürdükdən və buna qədər “Qəbələ”nin beşinci yerdən yuxarı qalxmadığını biləndən sonra, əlbəttə, komandanın uğuruna və bunda iştirak etdiyim üçün sevindim.
 
- Hələ Azərbaycan Kuboku da var...
- Bəli. Mövsümü daha sevincli notda bitirmək istərdim. Bu mövsümü artıq ideal adlandırmaq olacaq.
 
- “Qəbələ”nin “Neftçi”yə qarşı şanslarını necə qiymətləndirirsiniz?
- Qeyd-şərtsiz. Biz bu yaxınlarda onları Premyer Liqada məğlub etmişik. Düşünürəm ki, klub tarixində ilk qəniməti qazanmaq üçün bizim yaxşı şanslarımız var. (azerisport.com)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail