«Bakı»nın qələbəsi üçün dua edirəm»

21.12.2010 | 3397 dəfə oxunub

"Bakı"nın belçikalı yarımmüdafiəçisi İbrahim Kargbo 23 dekabr tarixində Premyer Liqanın XIX turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Bakı" oyunu öncəsi klubun rəsmi saytına açıqlama verib. Onun sözlərinə görə, futbolçular həmin oyunda mütləq qələbə qazanmalıdırlar: "Çempionatın final mərhələsinə adlamaq üçün şanslarımız tükənmək üzrədir. Yaxşı başa düşürük ki, bizi Bakıya nə üçün dəvət ediblər. Yarım ildir ki, Azərbaycandayam. Bura böyük ümidlərlə gəlmişəm. Etiraf edim ki, hələlik işlərimiz yaxşı getmir. 14 ildir ki, peşəkar futboldayam. Bizə nöqsanları aradan qaldırmaq üçün bir az vaxt lazımdır. Klubumla ən azı bir mükafat qazanmalıyam ki, rahat olum.  Vəziyyətimiz gərgindir. İnanıram və ümidim var ki, biz ilk altılığa düşəcəyik. Hər gün "Bakı"nın qələbə qazanması üçün dua edirəm. Qəbələdə qələbə qazanaraq, rəhbərlik başda olmaqla bütün klubumuza yeni il hədiyyəsi etməliyik. «Bakı»nın qələbə qazanması üçün dua edirəm».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail