Bolqarıstan millisinin çalışdırıcısı Azərbaycanla oyun haqda danışdı

22.05.2014 | 3277 dəfə oxunub

"Futbolçular Kanada yığması ilə tanış deyildilər. Lakin mən rəqibi onlara təqdim etdim. Müdafiədə və hücumda oyunçularıma yeni taktiki gedişlər öyrədirəm. Oyuna qədər tam hazır olmalıyıq. Çünki bu "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacağımız Azərbaycanla oyunöncəsi son sınaq matçımız ola bilər".

Stadium.az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin baş məşqçisi Lyuboslav Penev ölkəsinin mətbuatına açıqlamasında deyib. 

"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Bolqarıstan yığmasının çalışdırıcısı komandasındakı problemlərdən danışıb: "Futbolçularda hər şey qaydasındadır. Lakin bir məsələ var ki, onlardan bəziləri mövsümboyu az, bəziləri isə çox oyun keçiriblər. Bu, bizə müəyyən problem yarada bilər. Lakin hər kəs layiq olduğu mövqedə oynayacaq. 

Çempionat oyunlarında izlədiyim 22 futbolçudan 15-i legionerdir. Mən onların ölkəmizdə oynamasının əleyhinə deyiləm. Sadəcə, əcnəbi futbolçular bizimkilərdən ikibaş üstün olmalıdırlar. Yığmada ciddi rəqabətin olması vacibdir. Kanada ilə matça ciddi yanaşmayanlar gələcək oyunlarda milliyə çağırılmayacaqlar".

Qeyd edək ki, Bolqarıstan yığması "Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində sentyabrın 9-da Bakıda millimizin qonağı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail