Çempionun baş məşqçisi: "Avropaya oynayacağıq" MÜSAHİBƏ

26.05.2014 | 3306 dəfə oxunub

“Khazar İceland”ın baş məşqçisi Elnur Qəmbərovun müsahibəsi

- Elnur, çempion olduz. Təbrik edirik. Necə gəldi çempionluq? 
Çempionluq çox çətin gəldi. Çünki peşəkar komandada baş məşqçi kimi ilk çempionluğumdu. Düzdü, ötən il “Akkord”la həvəskarlar liqasında çempionluq yaşamışam. Amma peşəkar liqada ilk çempionluğumdu. Ona görə də, məsuliyyət çox çətin idi. Baxmayaraq ki, güclü oyunçular yığmışdım. Maddi şəraitimiz də yaxşı idi. Oyunumuzla hər şeyi sübut etdik. Biz hələ keçən tur çempion olmalı idik. Sadəcə əsas heyətin əksər oyunçularının olmaması bizi çətinə salmışdı. Bu mövsüm birinci liqada yeganə komandayıq ki, uduzmamışıq.


- Necə oldu ki, yeni yaranan komanda sənə tapşırıldı?
-  Komandanın direktoru Fuad müəllimlə “Akkord”da işləyirdik. Daha sonra orada rəhbərlik dəyişdi, Xaqani müəllim getdi. Bizə olan köməyi saxladılar. Elə Fuad da Hacı İbrahim bəylə danışdı, razılıq vermişdi. Açığı mən inanmırdım ki, Hacı İbrahim bəy məni qəbul edər. Tam səmimiyyətimlə deyirəm. Baxmayaraq özümə görə pis-yaxşı tanınmış adamam, vəzifəli insanlarla da görüşmüşəm. Amma inanmırdım ki, Hacı İbrahim bəy kimi tanınmış insan məni qəbul edə. Birinci görüşündə də məni çox gözəl qəbul etdi. Ayağa durub mənimlə görüşməyi, sadəliyi mənim ürəyimi açdı. Mənə dedi ki, təkliflərini göstər. Mən də ona komandaya gətirmək istədiyimi oyunçular və ümumi fikrimdəkiləri söylədim. Elə bir kəlmə dedi ki, gedin işinizə başlayın indidən. İnanmırdım ki, belə olar. Ancaq çox sevindim. Başladım oyunçuları yığmağa. Gürcüstan yığmasından Şota Çanukvadze, “Neftçi”İSM-dən Nihat İsmayılov, Vüsal Nəsirov, İrandan Əli Əsgəri gətirdim. Şükür Allaha onlar da özlərini yaxşı tərəfdən göstərdilər. Çempionluq da hər şeyi sübut etdi.

 

- Çempionat marafondu. Bu marafonda "Khazar İceland"ın çətin oyunları kimə qarşı oldu?
- Bu yaxınlarda NTD-yə qarşı oldu. İki qırmızı vərəqə aldıq, çətin oyun alındı. Çox yaxşı komandaları var. Veteran oyunçulardan qurulub. Açığı bir dənə bizə rəqib qismində bu komandanı görürdüm. Çünki birinci liqada elə güclü oyunçular və komandalar yoxdu. Oynadıq, qalib gəldik.


- Hacı İbrahim bəyin çempionluğunuzdan xəbəri oldu?
-  İnanın mənə o məndən də çox maraqlanır komanda ilə. Nə qədər qol vurduğumuz belə dəqiq bilir. Elə bir hadisə də olub. Bir dəfə çağırmışdı məni qəbuluna. Birdən otağının qapısı açıldı, dostu ilə çıxdı qarşıma. Dostu soruşdu ki, necə oynayırsız? Çaşdım qaldım. Dedim birinci pillədəyik. Sora soruşdu ki, neçə qol vurmusuz? Yenə çaşdım qaldım. Hacı İbrahim bəy hamısını dəqiqliyi ilə dedi. Onun kimi vəzifəli bir insan komandanı çox sevir və dərinliyinə qədər hər şeyi bilir. Çempion olan kimi də zəng edib təbrik etdik. 


- Komandaya istədiyin oyun üslubunu aşılaya bilmisən?
- Onu etmişəm. Amma aydın məsələdi ki, 100 faizlik heç nə yoxdu həyatda. Yenə də özümü tərifləməyim düz çıxmaz. Kənardan baxanlar qiymət verər. “Araz Naxçıvan” və millimizin baş məşqçisi Joze Alesioyo da məni bir-iki dəfə tərifləyib (gülür). 

 

- Söz atmır ki, mənə rəqib gəlirsən?
-  İnşallah qarşıdakı mövsüm Premyer Liqada çıxış edəcəyik. Hacı İbrahim bəydən “hə” cavabını almışıq. Özü deyib ki, “deyin ki, gələn il “Araz”a rəqib gəlir”.

 

- Premyer Liqadakı hədəfiniz nə olacaq?
-  Bir hədəfimiz var o da Avropaya getməkdi. “Araz” da əsas rəqibimzdi. İndi “Araz” futzalımızın “flaqman”ıdı. 

 

- Çempionluğu qeyd edəcəksiz?
- İnşallah ayın 28-də qeyd edəcəyik. Hacı İbrahim bəyin doğum gününü qeyd edəcəyik, həm də çempionluğu.

 

- “Xəzər Adaları”nda zalınız da inşa edilir. Sentyabra kimi hazır olacaq zal?
- Hacı müəllim söz verdi. Hər bir sözünü yerinə yetirib. Onu tanıdığım qısa müddətdə görməmişəm ki, desin etməsin. Orada açıq meydançalar var. Amma bizə zal lazımdı. Özü də iki zal olacaq, hərəsi də 1000 nəfərlik. İnşallah düzələcək.

 

-  Son dəfə nə vaxt görüşmüsən İbrahim bəylə?
-  Üç-dörd gün əvvəl.

 

- Premyer Liqadakı planlarından danışdın ona?
- O, mənə bir dəfə sual verdi ki, çempion olmaq üçün nə etmək lazımdı? Mən də dedim ki, ancaq “Araz”ı udmaq lazımdı. Başqa variant yoxdu. Hacı müəllim də dedi ki, heç bir problem yoxdu. Gərək güclü heyət quraq. Geyiminizdən tutmuş toplarınıza kimi hər şey təzə olmalıdı. Azərbaycanda yeganə klubuq ki, “Nike” şirkətindən geyinirik. Baxmayaraq ki, digər geyim şirkətlərindən 4-5 dəfə bahadı. Amma İbrahim bəy deyir ki, mənəmsə deməli belə olmalıdı.

 

-  “Araz”ın da üzvüsən. Orada karyeranı başa vurmaq haqda düşünürsən?
-  Hələ gərək, baş məşqçi və prezidentlə danışım, məsləhət edim, halallıq alım sonra baxarıq.

 

- Qarşıdakı mövsüm özün “Araz”ın futzalçısı və rəqib də "Khazar İceland"dı. Necə olacaq?
-  Belə bir oyun oldu. Kubokda görüşdük. Ancaq mən “Araz”ın heyətində oynadım. Çünki əvvəla “Araz”ın oyunçususan.


- Necə oldu? Yəqin qol vurmaq istəməzdin...
- Yox, şansım da oldu. Vurdum, amma çərçivəni tutmadı. Allah da şahiddi ki, vurmaq istəyirdim. “Araz”ı keçsək də “Neftçi”İSM-i keçə bilmədik. Halbuki hesabda hər dəfə biz üstün idik. Təcrübə öz sözünü dedi. 5:6 hesabı ilə uduzduq.


- “Araz”a qarşı mübarizə aparmaq istəyirsizsə, deməli legionerlər də gələcək. Elədi?
-  Ad çəkmək istəmirəm. Bircə onu deyim ki, çox güclü qapıçı gəlir. Azərbaycana hələ onun səviyyəsində bir qapıçı gəlməyib. Avropada tanınmış meydan oyunçularını da transfer edəcəyik.

 

- “Khazar İceland” bir günə yaranıb, iki gün yaşayıb üçüncü gün dağılan klub olmayacaqki?
- Məncə yox. Çünki biz artıq ciddi klub olduğumuzu göstərmişik. Hətta İbrahim bəy bizim bir oyunumuza da gəldi. Qardaşı, dost tanışı da gəlmişdi. Açığı inanmırdım.


-  Qələbə oldu yoxsa necə?
- Kubok oyunu idi və biz 7:1 qələbə qazandıq.

 

- Premyer Liqada da komanda sənə etibar olunacaq yəqin ki...
- Bu günə qədər baş məşqçi mənəm. İnşallah sabah da mən olaram. 


- Çempionluq qazanıb özünü sübut da etmisən...
- Elədi. Özümü həm məşqi, həm də insan kimi doğrultmuşam. İbrahim bəy də məni yaxşı tanıyır. Etibar da edir. “Khazar İceland”ın çempion olması bilirsiz niyə çətin alındı? Çünki sıfırdan yığılan komanda idi. 


- Akademiyanız da inşa edilir. Bu haqda da məlumat verərdin...
- Bizim üçün iki dənə min nəfərlik zal tikirlər. İbrahim bəy özü şəxsən zalın tikintisi ilə maraqlanır. Mən iki-üç dəfə orda oluram. Hər dəfə də zəng edir mən orda olanda. Mən orda olmayanda da zəng edir, maraqlanır. Akademiyamız da Azərbaycanda ilk olacaq. Heç bir klubumuzun uşaq futzal komandası yoxdu. Zaur müəllimlə də (federasiya prezidenti-red) danışanda, dedi sağolsun Hacı müəllim. Bizə dəstək verdi. Zaur müəllim də dedi edin arxanızdayam. Yəni ondan xeyir-dua aldım. Federasiyamızın baş katibi Mahmud müəllim də bu fikrimizi alqışladı. Sağolsun hamısı, minnətdaram onlara.


- Bəs akademiyada hansı məşqçilər fəaliyyət göstərəcək?
- Dörd yaş qrupu olacaq. 8-10-12-14 yaş qrupları. Hər qrupa bir məşqçi, bir də qapıçı məşqçisi. Veteranlarımız işsiz qalıb. Fikrim var, onları gətirim. İbrahim müəllim, Baba Ələsgərov, Nəsimi, Rəfail, Ağatahir Əzimov kimi veteranları dəvət etmək istəyirəm. Mən bunları tanıyıram. Ancaq cavan nəsil tanımır. Həm tanıtsınlar. Həm də futzal adamı futzalda olsa, daha gözəl olar. Azərbaycanda uşaqların futzala olan marağını da artırmaq, onları futzala cəlb etmək istəyirik.

 

- Xaricdən necə məşqçi gətirəcəksiz?
- Fikrimiz var. Onu gərək İbrahim bəy və Zaur müəllimlə məsləhətləşim. Artıq akademiya üçün büdcə də hazırlanıb. Onun kluba aidiyyatı yoxdu.



- Nə əcəb İbrahim bəy böyük futbol komandası deyil, futzala önəm verir?
- Açığı İbrahim bəyin böyük futbol komandası yaratmaq fikri var idi. Mən onu yayındırdım. Hətta xaricdə klub da almaq istəyirdi. O, mənə şərait də yaradır ki, gedim oxuyum. “Barselona”dan təklif gəldi ki, Karmona ilə görüşüm. İbrahim bəy də razılqı verdi, hər imkanı yaradır.

 

- Qarşıdakı mövsüm “Khazar İceland” və “Araz” arasında çempionluq uğrunda mübarizə gedəcək. Sizi sıxmazlar ki? Necə düşünürsən?
Yox, qardaş təmiz mübarizə gedər. Mən “Araz”da oynayıram. Bu söz-söhbəti bir-iki dəfə də eşşitmişəm. Hər dəfə də belə söz-söhbətlər yayılır. Amma yalan söhbətdi. Çünki komandanın içindəyəm. Kim çıxdı “Araz”a qol vurdu hakimlər saymadı ki?  Doğurdan bu düzgün söhbət deyil. Hansı komanda deyə bilər ki, “Araz”la oynadım məni sıxdılar, beş qol vurdum saymadılar? Heç kim deyə bilməz. Fakt budu ki, “Araz” çox güclüdü. Bu söhbəti çıxaranlar, paxıl insanlardı. “Dörlər finalı”nda “Barselona” “Araz”ı güc-bəla ilə udursa, burada başqa sözə ehtiyac yoxdu. Qarşıdakı mövsüm də çətin olacaq “Araz”la. Amma bizim məqsədimiz Avropadaı deyə, mübarizə aparacağıq.


- Necə düşünürsən, "Khazar İceland"ın gəlməyi yerli çempionatımıza marağı artıracaq? Çempionatın səviyyəsi yüksələcək?
- Düzdü. Artıq indidən “Khazar İceland”dan danışırlar. Bizim gəlməyimizdə birinci qazanan “Araz” olacaq. Nəyə görə? Çünki güclü kluba qarşı oynayacaq. “Araz”a güclü rəqib lazımdı. Çempionatımız nə qədər güclü olsa, onlar da irəli gedəcək. Bizim gəlməyimizlə “Neftçi”, “Ekol” və “Fənərbaxça” üçün də həyəcan siqnalı çalınıb.

 

- Premyer Liqaya hazırlığı harada keçəcəksiz?
- Yeryomenko kubokuna getmək istəyirik. Ölkə xaricində təlim-məşq toplanışı da keçəcəyik. Hələ ki, axtarırıq. Görək hara gedək. Dubayın “Əl-Əhli” klubu bizə dəvət göndərib. Sadəcə ora çox istidi. Hər halda biz zalda oynayacağıq. Təlim-məşq yüksək səviyyədə olacaq.
 

- Son sözün...
- Bir xahişim var ki, mətbuat futzala da diqqət yetirsin. Böyük futboldan adi bir xəbəri də yazırlar. Ancaq futzaldan yazan yoxdu. “Araz” böyük uğurlar qazanır. Bir dəfə yazırlar, vəssalam. Gəlib maraqlananlar da yoxdu. Fikrim, xahişim budu ki, futzala da diqqət olsun. (sportinfo.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail