İsrail səfirliyindən "Xəzər Lənkəran"a cavab

13.07.2011 | 5054 dəfə oxunub

Avropa Liqasında çıxış edəcək "Xəzər Lənkəran" sabah İsrail "Maccabi"si (Təl-Əviv) ilə səfərdə keçiriləcək oyuna bir qrup jurnalist və azarkeşi də aparmağı planlaşdırırdı. Dünən bu planın baş tutmayacağı bildirildi.
Stadium.Az xəbər verir ki, cənub təmsilçisindən verilən açıqlamada buna səbəb kimi jurnalistlərə və azarkeşlərə vizanın verilməməsiylə izah etdilər. İsrailin ölkəmizdəki səfirliyi isə iddia edir ki, viza üçün sözügedən quruma heç bir müraciət daxil olmayıb. Yəni bu məsələyə görə İsrail səfirliyini ittiham etmək doğru deyil. Səfirliyin cavabını olduğu kimi diqqətinizə çatdırırıq:
"İsrail ("Maccabi") və Azərbaycan ("Xəzər Lənkəran") futbol klubları arasında keçirilən oyun ilə bağlı xəbər başlıqları ilə tanış olduq. Biz aydınlaşdırmaq istərdik ki, heç bir azarkeş və ya jurnalist bununla bağlı nə səfirliyə nə də İsrailin Xarici İşlər Nazirliyinə viza üçün müraciət etməyib. Beləliklə, heç kəs də onlara imtina etməyib. Komanda şəxsən bütün hazırlıqları öz əlaqələri vasitəsilə birbaşa İsrail ilə həyata keçirib. Biz hər iki ölkə arasında olan idman fəalliyyətlərini dəstəkləyirik. Çoxsaylı qruplar Azərbaycan və İsrailə bununla bağlı səfərlər edir. Və biz inanırıq ki ən yaxşı komanda qələbə çalacaq. İsrailin Bakıdakı səfirliyi gələcəkdə böyük məmnuniyyətlə Azərbaycanın idman komandasının baş tutacaq hər hansı səfərində yardım göstərməyə hazırdı".rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail