Verpakovskis:"Yeni mövsümdə qələbələr qazanmağımız vacibdir"
"Bakı" klubu və Latviya milli komandasının hücumçusu Maris Verpakovskis klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, Verpakovskis ölkəmiz, milli çempionat, komandanın hazırlıqları və vurduğu ilk qol barədə danışıb:
"Latviya milli komandasının bir neçə üzvü Azərbaycanda oynayır. Onlardan ölkəniz və çempionatının səviyyəsi barədə ancaq yaxşı sözlər eşitmişəm. Bir sözlə, məlumatım var idi. Bilirdim ki, hara gedirəm.
Komandamızın heyətində ilk qolumu vurdum. Lakin təəssüf ki, bu qələbə üçün kifayət etmədi. Yoldaşlıq oyunlarında məğlub olduq, ancaq bu indi bir o qədər önəmli deyil. Yeni mövsümdə qələbələr qazanmağımız vacibdir.
Hələ ki, hazırlıq dövründəyik. Növbəti təlim-məşq toplantısında daha uğurlu olacağımıza inanıram. Tədricən, oyun keyfiyyətini də yüksəldirik.
Hesab edirəm ki, ən azı təcrübəmlə "Bakı"ya faydalı ola bilərəm. Komanda 22 nəfərdən və personaldan ibarətdir. Əsas odur ki, komandamız vahid organizm kimi fəaliyyət göstərsin, məqsədə doğru irəliləsin. O zaman hər şey yaxşı olacaq".rnrnrnrn
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |