Bankı yandırar bunlar!

11.06.2014 | 3898 dəfə oxunub

Bakı”nın 2 futbolçusu - Əfran İsmayılovla Elvin Əliyevin “Bank Of Azerbaijan” bankına depozit kimi yatırdıqları vəsaitin yoxa çıxması barədə məlumatlar mətbuatı başına alıb. Daha dəqiqi, başından vurur, ayağından çıxmır. Guya, klubla müqavilə bağlayarkən 400 min dollarını banka əmanət edən Əfran bu günlərdə hesabında qara qəpiyin olmadığını öyrənib. Elvinin də eyni aqibətlə üzləşdiyi iddia olunur. Depozit kimi yerləşdirdiyi 350 min dollarının yoxa çıxdığı söylənilir.  

Çox şey söylənilə bilər. Hərənin bir avazı. Day bəzi mirzələr bilmir Hafiz Məmmədovu «vurmaq» üçün özündən nə dez uydursun. Adamı gözdən salmaqdan yana müxtəlif yollara gedirlər. Hafiz Məmmədovun nə yediyini bilmirlər, bilsələr, ona da «bəzək» vurarlar. Bankı əlindən aldılar, filan obyektini bağladılar, biznesini çökdürdülər, cibində siçanlar oynayır - bir ucdan yazırlar. Bu cızma-qaralar bir şey olmasa da, hər halda ürək bulandırır. Allahım, adamın nə qədər mehriban düşməni olarmış! Görüm-baxım qurtardı, salam-əleyk qurtardı. Döşəniblər üstünə. Nə gəldi, hardan gəldi - düzüb-qoşurlar. 

 Əlvinlə Əfran xırda fiqurdu. Dezin məğzi onların əliylə və adıyla Hafiz Məmmədovu bihörmət etməkdi. Futbolçuların ikisi də ibadət əhlidi. Azca dini savadı olan bilər ki, gündə 5 dəfə namaz qılan bəndə bank alış-veriş etməz. İslamın təməl prinsiplərin biri halal-haramdı. Dinə görə faiz və sələmlə bağlı bütün əməliyyatlar haramdı. Bəzi İslam alimlərinin ictihadına görə, bankın yerləşdiyi binanın kölgəsində daldalanmaq da caiz sayılmır. Get durr istinan altında, amma orda durma. Bankdan faizlə kredit götürmək, lombardla əməkdaşlıq qadağandı.

 «Bakı»nın başqa futbolçularının adları çəkilsəydi, yenə inanmaq olardı. Elvin yox da. O, 4-5 ildi normal pul qazanır. Hesablasaq, 350-400 min dollar qazanıb, ya qazanmayıb. Elvin əldə etdiklərini başının altında gizlədər, aparıb banka qoymaz. Özündən qeyrisinə etibar etməz. Bilə ki, 350 mini yoxa çıxıb, Məşhəddən ayaqyalın qaça-qaça gələr və banka od vurar yandırar. 20 qəpik verib su almır ki, birdən qarnı ağrıyar, nə 350 min, nə 500 min! Bankda 35 manatı batsa var a, 35 gecə gözünə yuxu getməz. İlan vuran yatar, o, yatmaz. 350 min batsın, desin ki, boş şeydi? Yerlə göy birləşər, Elvin yenə sakitlik tapmaz. Səhər-axşam bankın önündə keşik çəkər, personalı küçəyə tökər 350 mini son qəpiyinədək geri almasa.

 Yaxud Əfran olsun. Səhər yuxudan gec durur ki, acımasın. 400 minin it-bat olmasına ömrü boyu razılaşmaz.  Maşınını satıb, ucuzvarisini alıb, deməli, bankdakı vəsaiti batıb? Əfran varının yarısını kasıb-kusuba paylayır, üstünə faiz gəlməsi üçün banka depozit yatırtmaz. Ümumiyyətlə, bu kimi biznes gedişləri azərbaycanlı futbolçulara xas hal deyil. İmkanlısı da etməz, imkansızı da.

 Yeni tikilmiş binadan ev alsınlar, «moyka» alsınlar, dükan alsınlar, sex açsınlar, deyim, hə, olar. Bank faiziylə maraqlansınlar, istehsal müəssisəsi düzəltsinlər, yox, eləməzlər. Məşqə çıxım, oyuna çıxım, vaxtımı öldürüm, axşam çay evinə gedim, qəlyan edim, gecənin ortası qızla görüşüm – belədilər - nəqd olsun, əllərində olsun.

sportinfo.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail