"Kəpəz" klubu Premyer Liqada qalacaq

21.07.2011 | 3815 dəfə oxunub

"Kəpəz" klubunun Azərbaycan Premyer Liqasında fəaliyyətini dayandıracağı barədə yayılan xəbərlərə aydınlıq gətirilib. Stadium.Az xəbər verir ki, Gəncə Regional Futbol Federasiyasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bəzi kütləvi informasiya vasitələrində "Kəpəz" və "Tərəqqi" klublarının fəaliyyətini dayandıracağı barədə məlumatlara münasibət bildirib.

 "Hesab edirəm ki, bu deyilənlər şayiələrdən başqa bir şey deyil. Mən bu söz-söhbətlərin kimin tərəfindən, nə üçün və hansı məqsədlə yayıldığını deyə bilmərəm. Amma onu bilirəm ki, bu, Gəncə futbolunu, bu gözəl və maraqlı idman növünün şəhərimizdə olmağını istəməyənlərin işidir. Gəncə Regional Futbol Federasiyasının rəhbəri olaraq mən tam rəsmi bildirirəm ki, "Kəpəz" və "Tərəqqi" fəaliyyətlərini dayandırmayacaq. "Kəpəz"in sponsorları AZNUR və Naxçıvan Avtomobil Zavodudur. Onların rəhbərliyi komandaları dəstəkləyəcəklərini rəsmi bəyan ediblər."- Fətəliyev bildirib.

"Əlbəttə belə söz-söhbətlər ürəkaçan deyil. Komandada ruh düşkünlüyü yaradır, nəinki fiziki hazırlıqlarına təsir edir, həm də mənəvi cəhətdən onları növbəti çempionata hazırlaşmağa mane olur. Mən yenə də deyirəm ki, bu şayiələr yalnız gündən-günə gözəlləşən və inkişaf edən Gəncənin futbolunu sevməyənlərin işidir. Biz bütün bunlara əhəmiyyət vermirik və ölkə başçısı İlham Əliyevin göstərişi ilə Azərbaycanda idmanın inkişafına öz layiqli töhfəmizi verməkdə davam edirik. Mən inanıram ki, yaxın vaxtlarda uzun illər futboldan uzaq qalmış Gəncənin "Kəpəz" və "Tərəqqi" komandaları futbol üzrə milli çempionatda layiqli nəticələr göstərərək azarkeşləri sevindirəcəklər", - Xanlar Fətiyev əlavə edib.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail