Şok iddia: “Neftçi”nin qapıçısı məniim üzünə tüpürdü"
21.07.2011 | 4871 dəfə oxunub
"Saşa oyundan əvvəl əynində "Srvena Zvezda"nın forması ilə bizim soyunub-geyinmə otağına gəldi və futbolçuları təhqir etməyə başladı. İlk olaraq "zərbə altında" Leko qaldı. Çünki o Stamenkoviçin bu sözlərindən sonra onunla üzbəüz dayanmışdı. Ancaq klub rəsmiləri qalmaqal çıxmasın deyə, özlərini soyuqqanlı aparırdılar".
Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi" ilə cavab oyunundan sonra Xorvatiya mətbuatına açıqlamasında "Dinamo"lu futbolçular deyiblər.
Zaqreb təmsilçisinin müdafiəçisi Yerko Leko isə bütün bu olanlarla yanaşı, yerli jurnalistlərə şok açıqlamalar verib. Lekonun sözlərinə görə, "Neftçi"nin qapıçısı onun üzünə tüpürüb:
"Meydana çıxandan mən onun əlini sıxıb, barışmaq istədim. Amma o, əlini çəkərək, mənim üzümə tüpürdü. Sarı və ya qırmızı vərəqə görüb, növbəti oyunu buraxmamaq üçün, Saşanın cavabını vermədim. Sadəcə ona dedim ki, rahatlaşa bilərsiniz. Çünki siz bu oyundan sonra Avropanı görməyəcəksiniz. Bu barədə görüşün baş hakiminə məlumat verdim. Ola bilsi, bu görüntü kameralar tərəfindən də çəkilib. UEFA-nın Saşanın bu hərəkətinə görə, cəza verəcəyi istisna deyil".rnrnrnrn