AFFA jurnalistləri bir araya topladı

21.07.2011 | 4536 dəfə oxunub

Bu gün Mərdəkanda yerləşən AFFA Futbol Mərkəzində Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub. Stadium.Az xəbər verir ki, çoxsaylı KİV nümayəndələri əvvəlcə AFFA Futbol Mərkəzinə baxış keçirib.
Mətbuat nümayəndələrinə "Dalğa Arena"nın süni ot örtüyü və stadionun inzibati binası ilə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir standartlara cavab verən səviyyədə inşa olunmuş stadionun ot örtüyünə FİFA tərəfindən ən yüksək sertifikat - 2 ulduz verilib. Jurnalistlər stadionun paltardəyişmə otaqlarına, mətbuat konfransı üçün zala baxış keçiriblər.
Sonra AFFA Futbol Mərkəzinin çimərlik sahəsindəki yay kafesində baş katib Elxan Məmmədov jurnalistlərlə görüşüb. Milli Mətbuat Günü ilə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından KİV nümayəndələrini təbrik edən Məmmədov ölkəmizdə futbolun inkişafı məqsədilə məqsədyönlü tədbirlər həyata keçirildiyini deyib, futbolun təbliğində mətbuatın böyük rolu olduğunu bildirib. Baş katib AFFA-nın əsas prioritetlərindən birinin infrastrukturun inkişafı oluduğunu söyləyib və AFFA Futbol Mərkəzinin inşa olunmasını bu istiqamətdə əldə olunan uğurlardan biri kimi dəyərləndirib. Çıxışının sonunda Elxan Məmmədov jurnalistləri bir daha təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. Sonra jurnalistlərə AFFA-nın hədiyyələri təqdim olunub.
Yeri gəlmişkən sonda onu da qeyd edək ki, İngiltərənin "Arsenal" klubu "Dalğa" arenanın ərazisindən yay düşərgəsi kimi yararlanmaq istəyir. Elxan məlumat bildirib ki, bir müddət öncə London klubunun uşaq yay düşərgələri üzrə koordinatoru əraziyə baxış keçirib. Onlar istirahət mərkəzinin imkanlarını bəyəniblər. Bununla belə, klub nümayəndələri "Arsenal" rəhbərliyinə bu barədə məruzə etməyi məqsədəuyğun sayıblar. Məhz İngiltərə təmsilçisinin rəsmiləri razılıq verəcəkləri halda anlaşma baş tuta bilər. AFFA rəsmisinin fikrincə, "Arsenal"la əməkdaşlıq baş tutsa, bu, "Dalğa" arenanın maddi imkanlarının genişlənməsinə və futbolumuzun təbliğatına kömək edəcək. Lakin istirahət imkanlarından klub rəsmiləri yox, mülki şəxslər və uşaqlar yararlana biləcəklər.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail