"İnter" Kaxaber Sxadadzenin istefasını qəbul etmədi

25.07.2014 | 3207 dəfə oxunub

Bakının "İnter" klubu baş məşqçi Kaxaber Sxadadzenin istefasını qəbul etməyib. Bu barədə klubun prezidenti Georgi Nikolov məlumat verib. O, gürcüstanlı mütəxəssisin istefası üçün əsas görmədiyini bildirib: "Direktorlar Şurası icraedici prezident kimi belə məsələlərdə mənə səlahiyyət verib. Mən də Sxadadzenin istefasını qəbul etmirəm. Onun klubumuzla müqaviləsi var. Bu gün görüşəcəyik. Getməkdə israrlı olsa, biz də onu saxlamaqda israr edəcəyik. Çünki istefa üçün əsas görmürəm".

Nikolovun sözlərinə görə, əslində istefanı qəbul etmək asandır, amma sonra nə olacağı müəmmalıdır. Çünki hazırkı heyət pis-yaxşı futbolçuların hamısı Sxadadzenin gətirdikləridir. Ona görə də klub prezidenti istefanı baş məşqçi tərəfindən centlmen jest saymayıb. Bolqarıstanlı funksioner gürcüstanlı mütəxəssisin İsveç "Elfsborq"u ilə oyundan sonra dediyi "Belə ab-havada işləyə bilmərəm" sözlərinə də münasibət bildirib: "Ab-havadan narazıdırsa, elə edərik ki, düzəlsin". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail