Toni Adams: "Qəbələ"yə gələndə dedim: mənə 100 milyon verin, çempionluğu sizə bəxş edim"

24.07.2011 | 5248 dəfə oxunub

Hazırda baş məşqçisi olduğu "Qəbələ" klubuyla Londonda təlim-məşq toplanışında olan Toni Adams növbəti dəfə Britaniya mətbuatına müsahibə verib. 

Sadium.Az xəbər verir ki, "Guardian" qəzetinin müxbirinin suallarını cavablandıran Toni Adams Azərbaycanda futbola olan maraqdan, o cümlədən jurnalistlərin münasibətindən də danışıb. 

"Qəbələ"yə baş məşqçi təyin olunduqdan sonra səfərdə "Xəzər Lənkəran"la qarşılaşdıq və 0:1 hesabıyla uduzduq. Mən gözləyirdim ki, oyundan sonra mətbuat konfransında 30-40 jurnalist olacaq, kameraların, fotoqrafların əhatəsinə düşəcəyəm. Amma... Mətbuat konfransında cəmi iki jurnalist və bir kamera vardı. Və bu zaman belə bir sual verildi: "Rəqibin oyunu sizin xoşunuza gəldi". Cavab verdim ki, "bəli". Ardınca ikinci sual gəldi: "Bizim stadion barədə nə deyə bilərsiniz?" Bildirdim ki, "yaxşı stadiondur". Bununla da suallar bitdi, mən də dedim ki, "sizə təşəkkür edirəm, ölkə futbolu düzgün istiqamətdə inkişaf edir".

Toni Adams bir daha bəyan edib ki, onların "Qəbələ"dəki fəaliyyəti uzun müddətə hesablanıb: "Hələ fəaliyyətə başlayan ilk gündən demişdim ki, mənə 100 milyon verin, çempionluğu sizə bəxş edim. Amma biz bunu istəmirik. Biz hər şeyi gələcəyə hesablamışıq. İnanıram ki, sərmayəni uşaq futboluna yatırmaqla biz gələcək uğurlarımızın təməlini qoyuruq".  rnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail