Azərbaycan kubokunun qalibi "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik geri qayıdıb. Stadium.Az xəbər verir ki, klub rəhbərliyinin Avropa Liqasındakı uğursuzluqdan sonrakı qərarına etiraz əlaməti olaraq istefa verib, vətəninə yollandığı bildirilən rumıniyalı mütəxəssis ötən gecə Bakıya gəlib. Onun klub rəhbərliyi ilə görüşüb son hadisələri və gələcək planları müzakirə etməsi gözlənilir. Rednikin "Xəzər Lənkəran"da qalıb-qalmayacağı da məhz bu günkü görüşlərdən sonra dəqiqləşəcək. Xatırladaq ki, Avroliqanın ikinci təsnifat mərhələsində İsrail "Maccabi"si (Təl-Əviv) ilə mübarizə aparan və ilk oyunda 1:3 hesablı yenilgiyə üzülən "Xəzər Lənkəran" doğma meydanda qolsuz heç-heçəyə razılaşmaqla çıxışını yenə startdaca dayandırmışdı. Məhz bu uğursuzluğun ardından klub rəhvərliyi bütün legionerlərlə yollarını ayırmağa, komandanı yerli futbolçulardan qurmağa qərar verdi. Rednikin isə belə şərtlər altında bu komandada işləmək istəmədiyi bildirilir.rnrnrnrn