Rednik hər şeyi təkzib etdi

25.07.2011 | 5459 dəfə oxunub

"Mən heç vaxt deməmişəm ki, istefa vermişəm. Mən hələ "Xəzər Lənkəran"ın baş məşqçisiyəm". Stadium.Az xəbər verir ki, bu fikirləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib. Avroliqanın II təsnifat mərhələsində Təl-Əvivin "Makkabi" klubu ilə iyulun 21-də Lənkəranda oyunda (0:0) mübarizəni dayandırdıqdan sonra vətəninə yollanan rumıniyalı mütəxəssis postunda qalmasını təsdiqləyib. Halbuki matçdan dərhal sonra ölkəmizi tərk edən Rednikin istefası haqda xəbərlər dolaşdı. Ancaq Rednik apasport.az-a olduğu kimi, Rumıniya mətbuatına da iyulun 25-də ölkəmizdə olduğunu bildirib: "Bazar ertəsi Azərbaycana qayıdıb, klubun rəhbərliyi ilə görüşəcəyəm. Bundan sonra nə edəcəyimizi görüb, planlarımızı müzakirə edəcəyik. Legionerlərin "Xəzər Lənkəran"dan getmələri üçün gərək komandadan azad olunmalıdırlar. Hələ heç bir futbolçu Lənkəran təmsilçisindən kənarlaşdırılmayıb".
"Xəzər Lənkəran" "Makkabi" ilə oyunun ertəsi yaydığı bəyanatda siyasətini dəyişdiyini, legionerləri və bir sıra futbolçuları ilə yollarını ayırdığını açıqladı. Gənc futbolçuların yetişdirməyi ilə məşğul olmağı qərara alan lənkəranlılar Rednikə yerli oyunçulardan qurulan komandanı çalışdırmağı tapşıracaq.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail