Məlum olduğu kimi, Azərbaycan milli komandasının avqustun 1-dən 4-dək Bakı şəhərində təlim-məşq toplanışı keçiriləcək. Stadium.Az xəbər verir ki, artıq baş məşqçi Berti Foqts bu toplanışda xidmətində görmək istədiyi oyunçuların siyahısını açıqlayıb. Almaniyalı mütəxəssis gözlənildiyi kimi, Avropa Liqasında çıxışını davam etdirən "Qarabağ"ın futbolçularına dəvət göndərməyib. Bunda əlavə o, Rusiyanın "Volqa" klubuna keçən Vaqif Cavadova da ehtiyac duymayıb. Əvəzində əsas milli komandanın hazırlıq prosesinə dəvət olunduqları üçün Amit Quluzadə və Andrey Popoviç 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının avqusutn 1-dən 4-ə qədər Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Mahir Şükürovun müəyyən fasilədən sonra əsas komandamıza qayıdışı, eləcə də AZAL-ın hücumçusu Elşən Məmmədovun dəvət alması da diqqət çəkən məqamlardandı. Bütövlükdə, yığmaya dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Sumqayıt Şəhər); Müdafiəçilər: Vladimir Levin (İnter), Saşa Yunisoğlu, Vurğun Hüseynov, Mahir Şükürov (hamısı "Qəbələ"), Usim Nduka (AZAL), Rail Məlikov, Ruslan Əmircanov, Ruslan Abışov (hamısı "Neftçi"), Elnur Allahverdiyev (Xəzər Lənkəran); Yarımmüdafiəçilər: Aqil Nəbiyev (AZAL), Fabio Luis Ramim, Əziz Quliyev, Elvin Məmmədov (hamısı "Bakı"), Cavid Hüseynov, Amit Quluzadə (hər ikisi "Neftçi"), Arif İsayev, Aleksandr Çertoqanov (hər ikisi "Qəbələ"), Rahid Əmirquliyev, Elnur Abdullayev (Xəzər Lənkəran). Hücumçular: Elşən Məmmədov (AZAL), Murad Hüseynov (Qəbələ).