Aleksandr Starkov - 56

27.07.2011 | 5646 dəfə oxunub

Bü gün "Bakı"nın məşqçisi Aleksandr Starkov ad gününü qeyd edir. Stadium.Az saytı xəbəbr verir ki, Aleksandr Petroviç Starkov 26 iyul 1955-ci il tarixində Latviyanın Madona şəhərində (keçmiş SSRİ) anadan olub. 10 yaşından futbolla məşğul olub. 18 yaşlı Starkov peşəkar futbolda ilk addımlarını "RPİ Madona" klubunda atıb. Futbol mütəxəssislərinin diqqətini cəlb edən gənc futbolçu Latviyanın birinci klubu "Dauqava"ya dəvət alıb. Təxminən, 13 il ərzində (1976-1989) Riqanın "Dauqava" klubunda çıxış edən Aleksandr Starkov bu klubun heyətində 300-dən artıq oyun keçirib, 115 qola imza atıb. İstedadlı futbolçu 2003-cü ildə Latviya futbol tarixinin ən güclü oyunçusu elan olunub. 
Peşəkar futbol karyerasını başa vuran Starkov məşqçilik fəlaiyyətinə start verib. 1990-1992-ci illər ərzində "Dauqava", "Pardauqava", "Kompar-Dauqava" klublarında çalışıb. 1992-1994-cü illərdə Latviya U-21 milli komandasının baş məşqçisi vəzifəsində çalışıb. 

Aleksandr Starkov 1993-2004-cü illərdə "Skonto" klubunun sükanı arxasına keçib. Bu müddətdə klubuna 12 dəfə Latviya çempionu, 6 dəfə Latviya kubokunun qalibi titullarını qazandırıb.
2004-2006-ci illər mövsümündə Moskvanın "Spartak" (Rusiya) klubunun baş məşqçisi postunda işləyib. 2005-ci ildə "Spartak"la Rusiya çempionatının gümüş medallarına sahib olub.

2009-cu ildən etibarən yenidən "Skonto"ya qayıdıb və son günlərədək bu vəzifədə çalışıb.
Aleksandr Petroviç Starkovun milli komanda karyerası da rəngarəng uğurlarla zəngindir. 1995-2001-ci illərdə Latviya milli komandasında ikinci məşqçi kimi fəaliyyət göstərən Starkov 2001-2004-cü illər mövsümlərində milli komandaya baş məşqçilik edib. 
Latviya yığması tarixinin ən böyük uğuruna, məhz, onun rəhbərliyi altında imza atıb. Latviya 2004-cü il Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb və güclü rəqiblərlə mübarizədən üzüağ çıxıb. 

Avropa çempionatından sonra milli komandadan ayrılan Starkov 3 illik fasilədən sonra yenidən Latviya yığmasına dəvət olunub. Aleksandr Starkovun komandası 2010-cu il dünya çempionatının seçmə mərhələsində inamla çıxış edərək qrup mərhələsini 3-cü yerdə başa vurub. Aleksandr Petroviç hazırda milli komanda ilə çalışmaqda davam edir.

Aleksandr Petroviç Starkovu "Bakı" futbol klubunun kollektivi, klubun çoxsaylı azarkeşləri təbrik edir, ona bol-bol qələbə sevinci arzulayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail