49-cu əcnəbi məşqçi

12.08.2014 | 3274 dəfə oxunub

Premyer Liqanın yeni mövsümünün startı yeni baş məşqçinin çempionatdakı debütü ilə əlamətdar olub. Stadium.az xəbər verir ki, “Qəbələ”nin çalışdırıcısı Dorinel Muntyanu Azərbaycan birinciliyində ilk matçında komandasına rəhbərlik edib.

İlk turun “İnter”lə oyununda 0:4 hesablı məğlubiyyətə üzülən rumıniyalı mütəxəssis Premyer Liqa tarixində 49-cu legioner baş məşqçi olub. Belə ki, 1992-ci ildə start götürən çempionatlar tarixində bunadək 48 əcnəbi mütəxəssis çalışmışdı. Onlardan bəziləri yalnız baş məşqçi əvəzi kimi bir neçə oyunluq iş başında olub.

Əvvəlki 22 çempionatda yalnız bir rumıniyalı olmuşdu. “Xəzər Lənkəran”a rəhbərlik etmiş Mirça Rednikdən sonra Muntyanu bu ölkənin Azərbaycan çempionatındakı 2-ci təmsilçisi olub.

Ümumilikdə bu 49 əcnəbi çalışdırıcı 19 ölkəni təmsil edir: Türkiyə - 13, Ukrayna – 7, Gürcüstan, Serbiya – 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rumıniya, Rusiya, İspaniya – 2, Xorvatiya, Uels, Moldova, İtaliya, İngiltərə,  Əlcəzair, Çexiya, Makedoniya, Litva. Latviya – 1.

5 legioner iki klubda çalışıb. Azərbaycan Premyer Liqasının 17 komandasını çempionat matçlarına gəlmələr çıxarıb: “Xəzər Lənkəran” – 10, “Bakı” - 7, “Qəbələ”  – 5, “İnter”, “Simurq”- 4, “Gənclərbirliyi”, “Turan”, “Neftçi”, “Rəvan”, “Standard” - 3, “Muğan”,”“Olimpk” – 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Sumqayıt”, “Qarabağ” – 1. (pfl.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail