"İmarət" fan klubundan «Qarabağ»a çağırış
Bu gün Avroliqanın III təsnifat mərhələsi çərçivəsində səfərdə "Brügge"nin qonağı olacaq "Qarabağ"a "İmarət" fan klubundan dəstək gəlib. Stadium.Az saytı xəbər verir ki, müraciətdə "Qarabağ"ın kapitanı Rəşad Sadiqovun qardaşı Səbuhi Sadiqovun dünyasını dəyişməsi ilə bağlı futbolçuya başsağlığı verilir və komanda sabahkı oyunda qələbəyə ruhlandırılır.
rnrn"İmarət" fan klubunun "Qarabağ"a müraciətində deyilir:
rnrn"İlk öncə bildirmək istəyirik ki, bu ölüm xəbəri bütün "Qarabağ" azarkeşlərini dərindən sarsıtdı. Çünki biz bir ailəyik. Əziz komandamızın kapitanının belə vacib oyundan öncə qardaşının gənc yaşında dünyasını dəyişməsi biz tərəfdən adi qarşılana bilməzdi. Ancaq nə etmək olar? Əldən heç nə gəlmir artıq. Qismət beləymiş. Bizə indi onun ruhunun şad olmasını, yerinin behişt olmasını uca Tanrıdan istəmək qalır.
rnrnBiz "İmarət" fan-klubunun idarə heyəti olaraq bu gün Rəşadın qardaşının yas mərasimində də iştirak etmişik. Orada Rəşada başsağlığı bildirsək də, bir daha buradan "Qarabağ" azarkeşləri, "İmarət" fan-klubu adından əziz kapitanımıza başsağlığı və səbr istəyimizi çatdırırıq.
rnrnEyni zamanda "Qarabağ"ın bugünkü durumundan da narahat olduğumuzu bildirmək istərdik. Çünki sözün həqiqi mənasında "Qarabağ" bir komandadır. Bu xəbərin komandanın digər üzvlərinə də nə qədər təsir etdiyinin bilincindəyik. Hamının ürəyinin Rəşadın yanında olduğunu anlayırıq. Bu gün yas mərasimində Rəşadın da komandadan nigaran olduğu sezilirdi.
rnrnBelə olan təqdirdə isə Rəşada "Qarabağ"ın qələbəsindən gözəl təsəlli ola bilməz. Ümid edirik ki, qardaşı Səbuhinin ruhunun rahatlığı üçün "Qarabağ"ın futbolçuları meydanda sonadək döyüşəcəklər. "Qarabağ" təsəllilərin komandasıdır.
rn
rnElə buna görə də, neçə ildir "Qarabağ" 1 milyon məcburi köçkünün təsəllisi olmağı bacarır. Futbolçularımızdan bacardıqları bu vəzifəni bir daha şərəflə yerinə yetirəcəklərinə və əziz kapitanımıza dayaq olacaqlarına inanırıq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |