Cahangir Həsənzadə: “Çempion ola bilərik” - MÜSAHİBƏ

22.08.2014 | 3378 dəfə oxunub

Cahangir Həsənzadə “Xəzər Lənkəran”ın futbolçusu kimi ilk müsahibəsini Peşəkar Futbol Liqasının rəsmi saytına verib. Stadium.Az xəbər verir ki, C.Həsənzadə müsahibə zamanı bir sıra məqamlara toxunub.

- Bu gün “Xəzər Lənkəran”la 1 illik müqavilə imzaladınız. Keçidin təfərrüatı ilə bağlı danışmağınızı istərdik.
- Açığı, biz bir neçə gün əvvəl məsələni müzakirə etmişdik. “Xəzər Lənkəran” tərəfi mənə zəng vurub, hazırkı durumumla maraqlandı. Transfer vərəqimin özümdə olub-olmadığını soruşdular. Yekun danışıq isə bu gün oldu. Klub rəhbərliyi ilə görüşdük və 1 illik müqavilə imzaladıq.

- “Araz Naxçıvan”ın düşərgəsini tərk etdikdən sonra belə bir fikir söyləmişdiniz ki, karyeramı bitirə bilərəm. Bu söz və çempionluğa  iddialı “Xəzər Lənkəran”la müqavilə imzalamaq böyük təzad deyilmi?
- Bəli, mən yenə sözümü deyirəm. Əgər hansı bir uyğun təklif gəlməsəydi, karyeramı bitirəcəkdim. Bu məsələ gündəlikdə idi. Amma yaxşı təklif oldu və mən razılaşdım. 35 yaşım olmasına baxmayaraq, düşünürəm ki, yaxşı günlər irəlidədir. “Xəzər Lənkəran” kimi klubda oynayacağıma görə çox şadam.

- “Xəzər Lənkəran” karyeranızın sonuncu klubu olacaq?
- Onu Allah bilir. Mən çalışacağam ki, sonluğu yaxşı nəticə ilə gətirim.

- “Xəzər Lənkəran”ın qapıçı baxımından problem yaşadığı məlumdur. Bu mənada, sizin üzərinizə qarşıdakı oyunlarda məsuliyyət daha çox düşəcək. Buna hazırsınızmı?
- Əlbəttə, “Xəzər Lənkəran”da oynamaq iki qat çətindir. Çünki “Xəzər Lənkəran”ın azarkeşi var və onlar daim qələbə arzulayırlar. Azarkeşlərin sevgisinin qarşılığını qələbə ilə vermək lazımdır. Bəli, cənubda oynamaq çətindir. Amma mən yaxşı klublarda oynamışam və təcrübəm var, bütün bunlar mənə yardımçı olacaq. Heyətdə yer alan qapıçı Orxan Sadıqlıya dəstək və örnək olmağı düşünürəm. Kimin oynamağından asılı olmayaraq, məncə, əsas məsələ “Xəzər Lənkəran”ın uğur qazanmasıdır.

- “Xəzər Lənkəran”ın mütləq hədəfi çempionluqdur. Sizcə, bu heyət ən yüksək zirvədə olmağa qadirdir?
- Topaz Premyer Liqasında güclü komandalar az deyil. Çempionat uzundur. Bu marafonda mütləq şəkildə hər kəs bir nöqtəyə vurarsa, “Xəzər Lənkəran” çempion ola bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail