"Neftçi"nin yetirməsi "Barselona"da! FOTOLENT

29.07.2011 | 6042 dəfə oxunub

"Neftçi" PFK-da ən prioritet məsələlərdən biri uşaq futbolunun inkişafı və istedadlı gənclərin üzə çıxarılmasıdır. Stadium.Az saytı xəbər verir ki, klub rəhbərliyi daim uşaq və yeniyetmə futboluna xüsusi diqqət və qayğı göstərir. Məhz bunun nəticəsidir ki, "Neftçi"nin yetirməsi Fəhmin Muradbəyli iyulun 31-dən avqustun 12-dək dünyanın ən güclü klublarından olan "Barselona"nın nəzdində keçiriləcək intensiv Yay Futbol Məktəbinin məşqlərində iştirak edəcək. Muradbəyli Kataloniya klubunun düşərgəsindəki məqşlərdə iştirak edəcək yeganə azərbaycanlıdır.

"Neftçi" PFK-nın icraçı direktoru Mübariz Xudiyev bu haqda fikirlərini klubun rəsmi saytına bildirib: "Neftçi"nin yetirməsinin "Barselona" kimi dünya şöhrətli komandanın düşərgəsindəki məşqlərdə iştirak etməsi çox qürurvericidir. Buna görə ilk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirik ki, gənc futbolçumuzun İspaniyaya yollanıb, orada hazırlıq keçməsi üçün hər cür şərait yaradıb. Həmçinin, onu bildirim ki, futbolçumuzun belə yüksək səviyyəli təlimə qatılmaq imkanı Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının ölkəmizin İspaniyadakı səfirliyi ilə birgə əməkdaşlığının nəticəsində əldə olunub. Fəhmin Muradbəyli çox istedadlı futbolçudur. O, "Neftçi"nin U-15 komandasının üzvü olub. Lakin istedadı ilə xüsusi seçildiyinə görə artıq "Neftçi"nin əvəzedici heyətinə cəlb olunur. İspaniyadakı toplanışa gəlincə, orada məşqləri "Barselona" klubunun məşqçiləri keçəcəklər. Fəhminin gələcəkdə Azərbaycan futbolunun əsas simalarından biri olacağına inanırıq. Ümid edirik ki, Muradbəyli gələcəkdə digər azərbaycanlı futbolçuların ölkədən kənarda keçirilən yüksək səviyyəli təlim-məşq toplanışlarında iştirak etməsinə cığır açacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail