Mirça Rednik azarkeşlərə səsləndi: "Sabahı gözləmədən sizinlə birgəyəm deyirəm"

29.07.2011 | 4873 dəfə oxunub

"Xəzər Lənkəran" komandasının baş məşqçisi Mirça Rednikin komandada qaldığı və qalma qərarını da azarkeşlərə olan sevgisindən verdiyi haqda məlumat vermişdik. Stadium.Az saytı xəbər verir ki, qərar verməzdən öncə azarkeşlər "Bosman" fan klubunun vasitəçiliyi ilə onunla əlaqə saxlayıb nigarançılıqlarını baş məşqçiyə çatdırmışdı. Hətta "Bosman" fan klubunun üzvləri Mirça Redniklə axşam saatlarında görüşmək istəsələr də o, hansısa bir mühüm tədbirdə olacağı səbəbindən  görüşün mümkünsüz olduğunu bildirmişdi. Telefon əlaqəsindən sonra adı çəkilən fan klubun üzvləri Rednikin mobil telefonuna aşağıda təqdim olunan mətnin İngilis dilində olan variantını SMS-lə yollamışdılar: 

"Bizimlə görüşmək istəməməyinizin səbəbi məsələni ətrafinızdakılarla yəqin ki, aydınlaşdırmamağınızdır. Bizə çatan bilgilərə görə guya, klub rəhbərliyi sizin bütün dediklərinizi qəbul edir və yalnız siz məsələnin həllini səhərə (sabaha) saxlamısınız. Amma siz "Xəzər-Lənkəran"  azarkeşinin kim olduğunu, sizin şəxsiyyətinizə və böyük mütəxəssis olduğunuza görə necə sevdiyini yaxşı bilirsiniz. Çünki bu sizin başçılığınızla keçirilən matçlarda stadionu tam dolduran bütöv azarkeşlərin çılğın istəyidir. Sizdən sonra bu möhtəşəm azarkeşlərin "Xəzər Lənkəran"ı itirəcəyi qorxusu var. Canımız qədər sevdiyimiz komandanı əlimizdən almayın. Çünki sizin gedişiniz bizim "Xəzər Lənkəran"ı itirəcəyimizə bərabər olan bir şeydir. Qərar verərkən onminlərlə azarkeşin ürəyini öz sinənizdə hiss edin. Xahiş edirik bizi qırmayın".

Rednik də qırmadı və səhərin açılmasını gözləmədən qərarını verdi. "Bosman" fan klubunun rəhbəri Mirhafiz Babayevə zəng edən Rednik bu sözləri deyib: "Mən, sizlərə çox bağlıyam. Komandada qalıb-qalmayacağım haqqında son qərarımı verərkən yenə də sizləri düşündüm və artıq sabahı gözləmədən sizinlə birgəyəm deyirəm".

12cioyuncu.info


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail