Oğuz Çetin: "Növbəti oyunda dönüş etməliyik"

24.08.2014 | 2951 dəfə oxunub

Premyer Liqamızın III turunda səfərdə "Simurq"a uduzan (0:2) "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çetin oyundan sonra bir neçə açıqlama verib. Stadium.Az xəbər verir ki, türkiyəli mütəxəssis artıq dönüş etməyin lazım olduğunu dilə gətirib:

“Oyunda qalib gəlmək üçün lazım olan mübarizəni, qələbə əzmini “Simurq” göstərdi. Buna görə də rəqibimizi qələbə ilə təbrik edirəm. Bu cür komandaları məğlub etmək üçün onların göstərdiyi mübarizəyə qarşılıq vermək lazımdır. Təəssüf ki, bu gün rəqibə qarşılıq verə bilmədik, oyunumuzu oynaya bilmədik və məğlub olduq.

Hər bir oyunçumun bu gün nə səviyyədə oyun göstərdiyini düşünməsi lazımdır. İlk iki turda 5 xal itirməyimiz də bizi müəyyən qədər basqı altında saxlayır. Ardından gələn “Simurq” məğlubiyyəti də təsirsiz ötüşməyəcək. Buna baxmayaraq, heyətimizdə peşəkar futbolçular var. Komanda olaraq toparlanıb, qarşıdakı “İnter”lə oyunda dönüş etməliyik. Ümid edirəm ki, növbəti oyunda komanda ruhumuzu ortaya qoyub mövsümün ilk qələbəsini qazanacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail