Adam Banas: "Rəqibin kimliyi, onun gücü haqqında düşünməməliyik" - MÜSAHİBƏ
"Simurq"un yeni transferlərindən olan Adam Banas ilk müsahibəsini klubun rəsmi saytına verib. Stadium.Az xəbər verir ki, polşalı müdafiəçi Azərbaycana gəlməsindən, komadamız və Zaqatala haqqında fikirlərini bizimlə bölüşüb. Təcrübəli futbolçumuz bildirib ki, uğur qazanmaq üçün rəqibin kimliyi, onun gücü haqqında düşünməməliyik.
- İlk öncə bilmək istərdik ki, “Simurq”dan təklif alan vaxt Azərbaycan, komandamız haqqında hansısa informasiyan var idi?
- Elə də çox məlumatım yox idi. Təklif gəldiyində Pavel Kapsa ilə əlaqə saxladım. Mənə “Simurq”, Azərbaycan, çempionat barəsində ətraflı məlumat verdi. Komandanın professional olduğunun, çempionatın yüksək səviyyədə keçdiyini, güclü komandaların və futbolçuların çıxış etdiyini bildirdi. Avstriyada təlim-məşq toplanışına qoşulduğumda hər şeyin deyildiyi kimi olduğunu gördüm. Həm məşqçilərin, həm rəhbərliyin, həm də burada çıxış edən futbolçuların düşündüyümdən də yüksək səviyyədə olduğunun şahidi oldum. Əvvəllər gəlim və ya gəlməyib fikirləri arasında qalmışdım. Ancaq toplanışa qoşulandan sonra tamamilə düşüncələrim dəyişildi və qərar verdim ki, müqavilə təklif olunsa razılaşacam. Karyeramda ilk dəfə olaraq legioner həyatı yaşayacam. İndi bu qərarımın düzgün olduğunu düşünürəm. Çalışacam ki, hər oyunda “Simurq”un uğuru üçün meydanda sona qədər mübarizə aparım. Mənə olan inamı, dəstəyi doğruldum.
- “Simurq”da polşalı futbolçuların oynadığını eşitmişdin?
- Əlbəttə, Marçin Burxartın, David Pieterzkeiviçin, Pavel Kapsanın Azərbaycanda oynadıqlarını bilirdim. Onlarla bir vaxtlar Polşa çempionatında rəqib kimi oynamışdım. Həmçinin internetdən bir neçə dəfə burada çıxış etməkləri barəsində məlumat oxumuşdum. Oyunlarına baxmışdım.
- Premyer Liqanın, komandaların səviyyəsi necə, gözlədiyin kimidir?
- Hətta deyədim ki, artıqdır. Azərbaycan çempionatı futbolçudan misal üçün Polşadakından daha texnikalı oyun tələb edir. Bizdə əsasən fiziki güc önəmli rol oynayır. Ancaq burada elə deyil. İlk oynumuza qardaşımda Polşadan internet vasitəsilə baxırdı. Oyundan sonra bu barədə danışdıq. O da mənimlə eyni fikirdə idi ki, Azərbaycan çempionatı futbolçudan texnikalı və çox sürətli oyun tələb edir.
- Bizi bu gün güclü rəqiblə oyun gözləyir. Bu oyun haqqında nə düşünürsən?
- Artıq rəqibin kimliyi, onun gücü haqqında düşünməməliyik. Əgər Avroliqaya vəsiqə qazanmaq istəyiriksə hər görüşə qələbə üçün çıxmalıyıq. Xüsusəndə evdə oynadığımız matçlarda xal itirmək şansımız yoxdur. İlk turdan artıq final əhval-ruhiyyəsində olmalıyıq. Rəqibi yaxşı təhlil edib, çıxıb öz oyunumuzu oynamalıyıq, azarkeş dəstəyi ilə xallarımızı yığmalıyıq.
- Fikrincə komandamızın uğur qazanması üçün nələr lazımdır?
- Hazırda heyətdə çıxış edən futbolçular, məşqçilər korpusu, hər kəs komandanın qarşısına hansı hədəfin qoyulduğunu çox yaxşı bilir. Fikrimcə biz bu məqsədə çatası gücdəyik. Ancaq işimiz bununla bitmir. Biz hər bir oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. Sona qədər mübarizə aparmalıyıq. Hər kəs üzərinə düşən işin öhdəsindən maksimum gəlsə, uğur bizim olacaq.
- Komandaya uyğunlaşmaqda çətinlik çəkmədin?
- Yox, elə də çətinlik çəkmədim. “Simurq” bir ailədir. Bütün günü komanda yoldaşlarımla birlikdəyik. Birgə yeyirik, gəzirik, istirahət edirik. Çox gözəl atmosfer var.
- Azərbaycan yeməkləri ilə bağlı problemin olmadı?
- Burada yaşamaqda çətinlik çəkəcəyimi düşünürdüm. Çünki fərqli bir mədəniyyətlə tanış olacaqdım. Həm də ilk dəfədir ki, karyeramı ölkəmdən kənarda davam etdirəcəkdim. Ancaq hər şey fərqli oldu. Qısa bir vaxtda buraya öyrəşdim. Artıq hər şey yaxşıdır. Yeməkləriniz çox yaxşı və ləzzətlidir. Hər cür şəarit yaradılıb. Bizə isə yalnız məşqlərimiz və oyunlarımız haqqında düşünmək qalır.
- Zaqatala haqqında fikirlərini də bilmək maraqlı olardı.
- Çox gözəl və kiçik bir şəhərdir. Gəzmək, harasa getmək elə də çətin deyil. Burada özümü təhlükəsiz hiss edirsən. Yaşamaq üçün hər cür şərait var. Hətta qısa bir zamanda ailəmi də bura gətirmək istəyirəm. Ancaq hazırda havalar çox istidir. Buna görə gözləyirəm.
- Artıq ilk oyunda azarkeşlərmizi gördün. Onlara saytımız vasitəsilə nə deyərdin?
- Dəstəyə görə çox sağ ol deyirəm. İnanıram ki, nəticə qazandıqca onların stadionda sayları daha da artacaq. Çünki bizim azarkeş dəstəyinə ehtiyacımız var.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |