«Gəncə» «Bakı» qalibiyyətinə görə «Simurq»a nə qədər pul verib?

25.12.2010 | 4319 dəfə oxunub

Premyer Liqada 5 dekabr tarixində keçirilən XVI turun «Bakı» - «Simurq» matçı barədə maraqlı məlumat əldə etdik. Belə ki, oyundan əvvəl «Gəncə» klubunun nümayəndəsi «Simurq»la əlaqəyə girərək, «Bakı»nı məğlubiyyətə uğradacaqları halda onlara 20 min manat verəcəklərini söyləyib. «Simurq» «Bakı»nı məğlub etdi. Mənbənin sözlərinə görə, «Gəncə» klubu sözünün üstündə dayanaraq 20 min manatı Zaqatala klubuna verib. Amma bu puldan futbolçulara bir manat da olsun belə çatmayıb. Klubun prezidenti Zaur Məmmədova verilən pulu o «əridib». Belə ki, «klubun çoxlu borcu var, onlara verəcəm» deyən Məmmədov, qalibiyyət üçün komandaya verilən mükafatdan futbolçulara qara qəpik də olsun verməyib.

rn

Xəbərin maraqlı tərəfi, «Gəncə»nin marağı nə olub? Məsələ ondadır ki, zəifləmiş «Bakı» xallar itirəcəyi halda altılığa düşmək şansını itirəcəkdi. «Gəncə» isə qələbələri sıralayacağı təqdirdə altılıq şansını saxlayacaqdı. Amma sonda qazanan «Simurq», hərtərəfli itirən isə «Gəncə»dir. Çünki «Gəncə» artıq altılıq şansını itirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail