"Araz Naxçıvan" Premyer Liqanı tərk edir?
Bu mövsüm Premyer Liqamızda debüt edən "Araz Naxçıvan" çempionatdan çıxmaq fikrinə düşüb. Stadium.Az xəbər verir ki, buna səbəb hakimlərin Naxçıvan klubuna qarşı etdiyi haqsızlıqlardı.
Komanda oyunlarda hakimlərin səhvləri ucbatından uduzduqlarını iddia edərək çempionatdan çəkilmək istəyirlər.
Komandanın "facebook" səhifəsində bu haqda yazı da dərc olunub: Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" PFK çempionatdan çəkilmək qərarına gəlib. Buna səbəb komandanın son iki turda üzləşdiyi hakim səhvləridir. İlk olaraq, Qəbələdə keçirilən (2-ci tur) matçda hakim Rəhim Həsənovun 19-cu dəqiqədə qayda pozuntusu olmadan "Araz-Naxçıvan"ın qapısına təyin etdiyi penalti komandanın məğlub olmasına səbəb olmuşdur. Buna etiraz etməyən klub növbəti turda da eyni aqibətlə üzləşdi. Bu dəfə "Sumqayıt"la 4-cü turda keçirilən matçda referi Ömər Paşayevin qərəzli qərarları "qırmızı-ağlar"ı çempionatdan çəkilməyə vadar edib. Oyun ilk hissəsinin son dəqiqlərində rəqib qapısına gedən topu müdafiəçilər əli ilə qapı xəttindən çıxarsalar da, hakimin qərarı ağ nöqtə yox, künc zərbəsi olub. Görüşün son dəqiqəsində isə qapı xəttini keçmiş topu referi Paşayev qeydə almayıb. Səbəb kimi isə rəqib qapıçıya müdaxiləni göstərib.
Qeyd edək ki, oyunun hakim-inspektoru Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov olub.
İşi iş bilənə ver! Nə vaxta qədər oyun idarə edə bilməyən hakimlər
stadionlarımızda fit çalacaq? AFFA, PFL və HK hara baxır?! Premyer
Liqanın hər turundan sonra 2-3 hakim 3-4 oyunluq çempionatdan
uzaqlaşdırılır. Demək ki, qərəzli qərarlar verən referilərə 3-4 oyunluq
cəza onları qane etmir. Bu hara kimi davam edəcək? Ölkə prezidenti Cənab
İlham Əliyevin "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına
dair imzaladığı" sərəcama AFFA, PFL və HK-nin münasibəti göz
qabağındadır.
Azərbaycan milli komandasının baş məşqçisi Berti
Foqts hər zaman açıqlamalarında 11 futbolçu tapıb oynada bilmədiyindən
şikayətlənir. Nə qədər ki bu qərarlar var, federasiya bu qərəzli
qərarlara göz yumarsa, Azərbaycan futbolunun inkişafı barədə düşünməsin
və millidə yalnız legionerlərin oynamasını qəbul etsin!
"Araz Naxçıvan" çempionatda keçirdiyi 3 oyunda 3 xal qazanmağı bacarıb. Komanda ilk turda "Neftçi"yə qalib gələrək, 3 xalı aktivinə yazdırıb - 3:0.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |