Rövnəq Abdullayev "Fan Shop"un açılışında iştirak etdi - FOTOLAR

06.09.2014 | 12319 dəfə oxunub

Ötən gün Park Bulvar Alış-Veriş Mərkəzində Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan milli komandasının Fan Shop-unun açılış mərasimi keçirilib. Stadium.az xəbər verir ki, açılış mərasimində, həmçinin, Azərbaycan futbolunun əfsanəvi nümayəndəsi Anatoli Banişevskinin eksklüziv futbolkasının (SSRİ yığmasının replica maykası) təqdimatı və satışı təşkil olunub.

AFFA rəhbərliyinin, Bakcell şirkətinin nümayəndələrinin, futbol veteranlarının, Anatoli Banişevskinin ailə üzvlərinin, futbol ictimaiyyətinin və media mənsublarının iştirak etdiyi tədbirin sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlama verib:

"Forma satışının təşkili təkcə milli komandada yox, klublarda da həyata keçirilməlidir. Bu, futbolun kommersiyalaşması baxımından vacibdir. Forma və atributların satışa çıxarılması həm federasiyalara, həm də klublarla maddi dəstəkdir. Eyni zamanda, futbolun bir reklamıdır. Dünyanın müxtəlif klubları bu strategiyanı uğurla həyata keçirirlər. Həm millimiz, həm də AFFA üçün fan-şopun açılması mühüm hadisədir. Gələcəkdə Bakının müxtəlif yerlərində fan-şopların açılması nəzərdə tutulub". (affa.az)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail