"Qəbələ" klubu Mahir Şükürovdan rəsmən narazıdır

02.08.2011 | 5672 dəfə oxunub

"Qəbələ" futbol klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi:

- Qəbələdə ilk dəfə təşkil olunan "Jalə" beynəlxalq turniri barədə təəssüratlarını bilmək istərdik...
- Turnir istədiyimiz kimi keçdi. Heç bir problem yaşanmadı. İlk dəfə keçirildiyindən, iştirakçı komandaları sayı az idi. Cəmi iki ölkənin təmsilçiləri mübarizə apardılar. Gələcəkdə bu yarışı daha geniş miqyasda keçirməyi planlaşdırırıq. Həm ölkələrin, həm də iştirakçı komandaların sayını artıracağıq. Ümumiyyətlə, infrastrukturumuz hazır olduqdan sonra imkanlarımız da geniş olacaq. Oyunlara gəldikdə, "Dila" ilə matça əvəzedici komanda ilə çıxdıq. Oyuna pis başlamamışdılar. Sxinvali "Spartak" ilə görüşdə isə əsas heyət oynadı. Görünür, çempionata görə özlərini qorudular.

- Turnirin Qəbələdə təşkil edilməsi komandanızın daha yaxşı çıxış etməsinə imkan yaradırdı. Ancaq "Qəbələ" uğursuz çıxışı ilə yadda qaldı...
- Bir həftədən sonra Premyer Liqa başlayır. "Bakı" ilə oyunumuz var. Bundan başqa, 6 futbolçumuz millinin toplanışına çağırılıb. Bunu da nəzərə almaq lazım idi. Hər halda, çempionata qədər yoldaşlıq oyunu keçirdik, komandaya baxdıq. 

- Necə düşünürsünüz, "Qəbələ" çempionata hazırdırmı?
- Mütəxəssis kimi nəsə deyə bilmərəm. Ancaq onu qeyd edim ki, komanda tam hazır deyil. Faizlə desək, hardasa 70-80 faiz çempionata hazırdır. 

- Narazı qaldığınız məqamlar oldumu?
- Uyğunlaşma hələ istənilən səviyyədə deyil. Xətlərarası əlaqədə müəyyən çatışmazlıqlar var. Fiziki hazırlığa gəldikdə, "Spartak"la oyun göstərdi ki, komanda 75-80 dəqiqə qaçdı. İnşallah, 1-2 matça öz oyunlarını tapacaqlar.

- Yeni transferlərdən hansı futbolçunun çıxışından razı qaldınız?
- Yerlilərdən Mahir Şükürov nəsə etməyə çalışdı, ancaq xoş təsir bağışlamadı. Ola bilsin, çempionata görə özünü qoruyurdu. Legionerlərə gəldikdə, Dodo, Viktor Mendi, Kruz xoşuma gəldi.

- Həftəsonu "Bakı" ilə qarşılaşacaqsınız. Onlar da heyətlərini gücləndiriblər. Premyer Liqanın ilk turundan nə gözləyirsiniz?
- "Qəbələ" ötən ilkindən fərqli komandadadır. Artıq sabit oyun, yaxşı nəticə gözləyirik. 

- Ötən il komandanın qarşısına konkret məqsəd qoyulmamışdı. Bu il tələbiniz nədir?
- Ötən mövsüm komandada komplektləşmə prosesi gedirdi. Bununla belə, ilk "altılığ"a düşmək məqsəd kimi qoyulmuşdu. Son anda bunu qaçırdıq. Ancaq bu il avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacağıq. Özü də avrokubok oyunlarına da çempionatın gedişində hazırlaşmalıyıq. Yəni, vəsiqə qazanaq, sonra qitə miqyaslı oyunlara hazırlaşarıq söhbəti olmayacaq. Avrokuboklarda oynamaq üçün çempionatın birinci turundan hazırlaşmalıyıq. Komandalarımızın bü günkü aqibəti də bununla bağlıdır. Hazırlıq paralel şəkildə həyata keçirilməlidir. Əgər avrokuboklara hazırlaşırsansa, çempionatı udmağın çox asan olacaq. Lakin sona 3-4 tur qalmış qitə miqyaslı oyunlar haqda düşünəcəksənsə, bu mümkün iş deyil. 

- Yeni transferlər olacaq?
- İki futbolçu ilə danışıqlar gedir. Yaxın günlərdə onlarla müqavilə imzalanacaq.

- Ötən il ev oyunlarını keçirdiyiniz meydançanın süni örtüyünü təbii otla əvəz etmisiniz. Həmin meydança çempionat oyunlarına hazırdırmı?
- Hələ tam hazır deyil. İki oyunumuzu beşinci meydançada keçirəcəyik. Çünki əsas meydançanın bəzi yerlərində problemlər əmələ gəldi. İndi həmin yerlər bərpa olunur. Ona görə də iki oyunu orda keçirəcəyik. Həmin meydança da tam standartlara cavab verir və ideal vəziyyətdədir.

- Avrokuboklara vəsiqə qazansanız, ev oyunlarını harada keçirəcəksiniz?
- Yəqin ki, Bakıda. Çox təəssüf ki, həmin vaxta kimi öz stadionumuz hazır olmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail