Qurban Qurbanov: "Hər şeyi Rəşad Sadiqovun öz üzərinə buraxmışıq"

03.08.2011 | 5458 dəfə oxunub

"İlk oyunda gözlənilməz hesab qeydə alındı. İstəməzdik, belə olsun. Bununla belə, futbolçularım qorxamalı və sabahkı oyunda sonadək oynamalıdırlar". Stadium.Az saytı xəbər verir ki,  bu sözləri "Brügge" ilə oyundan öncə keçirilən mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov daha sonra cütün taleyinin hələ həll olunmadığını bildirib: "İlk oyunda böyükhesablı məğlubiyyətə baxmayaraq, cütün taleyi hələ həll olunmayıb. Rəşad Sadiqovla söhbət etdik. Hər şeyi onun öhdəsinə buraxaraq bildirdik ki, bütün komanda sənin yanındadır.

Onun hər şeyi unutması üçün Sadiqov daha çox komandanın düşərgəsində olmalıdır. Çalışacağıq ki, ilk qolu biz vuraq. Vüqarın yerinə isə Adamiyanı oynatmağı planlaşdırıram. 

Real baxdıqda isə bu çox çətin olacaq, ancaq biz meydana yalnız yaxşı nəticə üçün çıxacağıq. Azarkeşləri də başa düşürəm. Əgər oyunumuz alınsa, azarkeşlər daha maraqlı oyunun şahidi olacaqlar. 

Sabahkı oyunda azarkeşlər də meydana gəlməsələr, futbolçularda psixoloji gərginlik yaranacaq. Ona görə də bir olmalıyıq. Çünki hələ təslim olmamışıq. 

Oyuna çox ciddi hazırlaşmışıq. Aut və standart vəziyyətlər üzrə daha çox çalışmışıq. Futbolçuların da bəziləri oruc tutur. Ancaq mən bu barədə onlardan heç nə soruşmamışam.

Sadəcə onu soruşmuşam ki, sabahkı oyuna nə dərəcədə hazırdılar? Futbolçularım peşəkardırlar. Düşünürəm ki, onlar nə etdiklərini yaxşı bilirlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail