İlyas Qurbanov: "Çalışacağıq ki, “Bakı”nı ötən günlərinə qaytaraq" - MÜSAHİBƏ

26.09.2014 | 5270 dəfə oxunub

“Bakı”nın yetirməsi və heyətində çıxış etmiş, klubun futbol akademiyasında məşqçi kimi çalışan İlyas Qurbanov komandanın məşqçisi təyin edildi. Stadium.Az xəbər verir ki, Premyer Liqada çıxış etməyi illər boyu arzulayan məşqçi yeni təyinatı ilə bağlı klubun rəsmi saytına müsahibə verib.


- Bir neçə gündür ki, yeni işə başlamısınız. İlk öncə bu münasibətlə sizi təbrik edirik. Bu təyinatı gözləyirdinizmi?
- Təbrik üçün təşəkkür edirəm. Bildiyiniz kimi burada çıxış etmiş keçmiş futbolçular klub rəhbərliyinin diqqəti sayəsində futboldan kənarda qalmayıb. Mən də karyeramı bitirdikdən sonra “Bakı” futbol klubununakademiyasında məşqçi kimi fəaliyyətə başladım. Akademiyanın müxtəlif yaş qrupları üzrə komandalarında çalışmışam. Sonuncu dəfə klubun 1999-cu il təvəllüdlülərdən ibarət komandasına rəhbərlik edirdim. Bir neçə həftə bundan qabaq klub rəhbərliyi əsas komandaya kömək etmək barədə təklif etdi. Bu mənim üçüngözlənilməz olsa da çoxdankı arzumun gerçəkləşməsi üçün çox məmnunam.


- Əsas komandada işiniz nədən ibarət olacaq?
- Baş məşqçiyə kömək edirəm. İşim təlim-məşqlərin təşkilində iştirak, baş məşqçinin məşq planını həyata keçirməklə  ona yadım etməkdən ibarətdir. Çalışacağıq ki, “Bakı”nı ötən günlərinə qaytaraq.


- Akademiyanın yetirmələri ilə Premyer Liqada uğur qazanmaq çətin olmayacaq?
- Bilirsiniz klubun akademiyasında yüzlərlə istedad var. Buradakı mühütdə böyüyən futbolçular buna çoxdan hazır idi. Bizim əsas məqsədimiz buradakı istedadları əsas komandaya cəlb edərək onların bacarıqlarını üzə çıxararaq onları Azərbaycan futboluna qazandırmaqdır. Klub rəhbərliyi gənclər üçün gözəl imkan yaradıb. Bu gün “Qarabağ”da, “Simurq”da və bir çox aparıcı klublarda “Bakı”nın yetirmələri çıxış edir. Biz buna sevinirik. Bu onu göstərir ki, klub doğru yoldadır. Klubun strategiyası milli komandalara futbolçu verməkdir. Ölkə çempionatında nəticə özü gələcək.


- Həm futbolçu həm də məşqçi kimi “Bakı”nın uğurları üçün çalışmaq arasında hansı fərqlər var?
- Fərq böyükdür. Oynadığımız vaxtlarda işim ancaq məşq və oyunlarda iştirak etmək idisə indi məsuliyyətimiz ikiqat artıb. Bütün komandanı düşünməli – məşq prossesini, zədəliləri, rəqibləri, psixoloji amilləri, komandanı toparlamağı, güclü-zəif nöqtələri müəyyənləşdirib onları aradan qaldırmağın yollarını tapmalısan. Bir sözlə bu işlər bir-birindən kəskin fərqlənir.


- Bir neçə ay bundan öncə “Bakı”nın “Lans” ilə əməkdaşlığı çərçivəsində Fransada təlim məşq toplanışı keçirən komandalardan biri də sizin çalışdığınız U-16 idi. Fransa təlimləri məşqçi baxışlarınızda nələri dəyişdi?
- Orada təlim-məşq toplanışı zamanı bir neçə yoldaşlıq görüşləri keçirdik. Uşaqlarımız Azərbaycan futbolu ilə Avropa futbolunun fərqini gördülər. Burada biz hamıdan güclü idik, orada isə çox zəif görünürdük. Əlbəttə, bundan nəticə çıxararaq düşüncələrimizdə inqilab etdik. Bundan əlavə 5 yetirməmiz 2 aya yaxın “Atletiko”nun bazasında oldu. Bütün bunlar uşaqlarımız üçün böyük bir təcrübə oldu. Belə bir imkanı bizlər üçün yaradan klub rəhbərliyinə başda Hafiz müəllimə bir daha təşəkkür edirik. Bu işlər davam etdirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail