Qurban Qurbanov yeni transfer haqda nə dedi?

07.10.2014 | 4862 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yeni transfer İnnosent Emeqaradan danışıb. Stadium.Az xəbər verir ki, istedadlı çalışdırıcı bu keçidin vacibliyindən söhbət açıb.

Qurbanov qeyd edib ki, yeni oyunçu etimadı doğrultsa, onunla müqavilə uzadılacaq: Emeqara Avropa Liqasında bizə kömək edə bilməyəcək. Çünki qrup mərhələsi artıq başlayıb. O, yalnız "pley-off"a çıxacağımız halda, həmin görüşərdə iştirak edə bilər. Bu futbolçu ilə dekabrın sonunadək müqavilə bağlayacağıq.

Əgər bu müddət ərzində özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilənin müddətinin artırılması istisna deyil. Çumbinyo ilə Danilo Diasın zədəli olduğunu nəzərə alsaq, bu transferə ehtiyacımız var idi. Onun bacarığına şübhəm yoxdu. Baxmayaraq ki, hər yeni futbolçu üçün müəyyən vaxta ehtiyac lazım gəlir. Çempionatdakı fasilənin onun uyğunlaşmasına kömək edəcəyini düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail