"Xəzər Lənkəran"ın məşqində qapıçı və meydança problemi

08.10.2014 | 3274 dəfə oxunub

Doğma şəhərdə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” dünən növbəti məşqini keçirib. Stadium.Az xəbər verir ki, saat 17:00-da ehtiyat meydançada başlayan və leysan yağışı altında keçən hazırlıq prossesi 1 saat 20-dəqiqə davam edib.

Məşqin gedişi barədə qısaca:

Əvvəlcə isinmə hərəkətləri, sonra isə 20-dəqiqə ərzində kvadratlarda çalışan futbolçular bunun ardından beşnəfərlik 4-komandaya ayrılaraq ikitərəfli oyuna başladılar. Hər biri cəmi 2-dəqiqə sürən bu ikitərəfli oyunlarda məğlub olan komanda yerini digərinə verirdi. Getdikcə daha da sürətlənən bu qısa oyunlar  futbolçuların matçlar zamanı çevik və düzgün qərarlar verilməsinə alışmağa hesablanmışdı.

Qapıçı problemi:

Orxan Sadıqlı zədəsini tam sağalda bilmədiyindən aşağı yaş qruplarından yeniyetmə bir qapıçı əsas heyətin məşqində iştirak edirdi. Yeri gəlmişkən təcrübəli qolkiper Cahangir Həsənzadə də zədə səbəbindən məşqə qatılmamışdı. Buna görə də oktyabrın 7-də baş tutan məşqin gedişində qurulan ikitərəfli oyunlarda qapıları Tərlan Qasımzadə və aşağı yaş qruplarından dəvət edilən həmin yeniyetmə qapıçı qoruyurdular.

Gənclər:

Əsas heyətin məşqinə gənclərdən dəvət edilən təkcə qapıçı deyildi. Belə ki, ondan savayı əvəzedici heyətdən də bir neçə sahə oyunçusu hazırlığa qatılmışdı.

Meydança problemi:

Lənkəranda son günlər yağan və məşq zamanı daha da güclənən yağış ehtiyat meydançanı tamamilə bərbad vəziyyətə salmışdı. Meydançanın bəzi yerlərində palçıq hətta topuqdan yuxarı qalxırdı. Elə vəziyyət yaranmışdı ki, məşqin bitimində bazaya yollanan istər yeli istərsə də legioner futbolçular hərə öz dilində meydançanın bərbad vəziyyətdə olmasından gileylənirdilər. Əlavə edək ki, meydançanın vəziyyətindən məşqçilər korpusunun narazılığı elə hazırlıq prossesinin gedişi zamanı aşkar görünürdü.

12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail