"Nə qədər təcrübəli olsalar da, onların qarşısını almaq üçün gücümüz var" - MÜSAHİBƏ

16.10.2014 | 3965 dəfə oxunub

Son illər  gənc futbolçuları ölkə futboluna qazandıran “Bakı” daha bir parlaq gələcək vəd edən futbolçunu bu il “təqdim etdi”. Stadium.Az xəbər verir ki, sevindirici haldır ki, cari mövsümdən əsas komandaya cəlb olunan Eltun Hüseynov elə ilk turdan əsas heyət üzvünə çevrilə bildi. 20 yaşlı müdafiəçi klubun rəsmi saytına müsahibə verib.


Gənc futbolçulara verdiyi önəmə görə Premyer Liqada fərqlənən “Bakı”nın əsas heyət oyunçusu kimi ilk təəssüratların necə oldu?
Hələ ötən mövsümdə əvəzedici heyətin kapitanı olduğum zaman əsas komandanın məşqlərində iştirak edirdim.  Bir gün əsas komandada oynayacağımı gözləyirdim. Nə yaxşı ki yetirməsi olduğum klubun birinci komandasında oynamaq şansı qazandım. “Bakı”da oynadığım üçün fərəh və qürur hissi keçirirəm. Bizə üstünlük verdiyi üçün rəhbərlik  və məşqçi korpusuna təşəkkür edirəm. Onların sayəsində biz geniş publikaya təqdim olunuruq. Bizə verilən bu şansdan maksimum yararlanmağa çalışırıq. Əsas məqsədimiz futbol oynayaraq bərkiyib  gələn il daha da iddialı olmaqdır.

Ötən mövsüm əvəzedicilərin çempionatında oynayırdın. İndi isə  Premyer Liqada. Bu iki birincilik arasında  fərqli cəhətləri nədə görürsən?
Fərq çoxdur. Əvəzedicilərlə nisbətdə burada temp daha yüksəkdir. Təcrübəli oyunçular daha çoxdur. Premyer Liqada gənclər üçün oynamaq çox çətindir. Buna baxmayaraq hər bir oyunda təcrübəli futbolçulardan nə isə öyrənirik. Qarşılaşdığımız futbolçular nə qədər təcrübəli olsalar da, onların qarşısını almaq  üçün güc və istedadımız var. 

Son illər təkcə “Bakı”da yox  Azərbaycan futbolunda gəncləşdirmə siyasəti aparılır. Müxtəlif çempionatlara bununla bağlı limitlər tətbiq edilir. Bu prosseslər millidən də yan keçməyir. Bir neçə oyun oynamağına baxmayaraq  milli komandada çıxış etmək barədə düşünürsənmi?
Hər bir futbolçu kimi milli  komandada oynamaq mənim də arzumdu. Bu mövsüm əsas məqsədlərimdən biri də Berti Foqtsun diqqətini çəkib milliyə dəvət almaqdır. Təəssüf ki, bu günə kimi nədənsə  aşağı yaş qrupları üzrə millilərdə çıxış edə bilməmişəm. Düzdü bir neçə dəfə dəvət edilsəm də zədə səbəbindən şansımı əldən vermişəm. Bu dəfə heç bir problem yoxdur. Çağırsalar hazıram.

Bu mövsüm klubumuzun siması dəyişib. İndi insanlar adlarını ilk dəfə eşitdikləri onlarla futbolçu ilə tanış olur. Bütün bunlar sənin də məzunu olduğun akademiya sayəsində baş tutur. “Bakı” akademiyasında fürsət gözləyən onlarla istedadlı yeniyetmə və gənclərə hansı məsləhətlərin var?
Mən də gəncəm. Aramızda ciddi yaş fərqi yoxdur. Akademiyadakı uşaqlar bizə mənəvi cəhətdən böyük dəstək verirlər. Məşqə gedərkən qarşımıza çıxan uşaqlar, yeniyetmələr hər kəs bizim kimi olacaqlarını deyirlər. Onlar arasında çox istedadlı uşaqlar var. Bir neçə ilə onları da tanıyacaqsınız. Onlara bu yolda uğurlar arzulayıram. Məşqləri buraxmasınlar. Fərdi məşqlər edib çatışmayan cəhətlərini aradan qaldırsınlar. Hər kəsə hörmətlə yanaşsınlar. Böyük-kiçiyi itirməsinlər. Biz də illərlə müxtəlif liqalarda oynayaraq bu günə gəlib çatmışıq. Onlar da bu etaplardan üzüağ çıxmalıdır. İnşallah bundan sonra onlarda da alınacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail