Milli komanda mərkəzi arenaya buraxılmayacaq

09.08.2011 | 4270 dəfə oxunub

Tofiq Bəhramov adına Respublika stadionunda təmir işlərinə başlanılıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, artıq arenada nəzərdə tutulan işlərə yekun vurulub. Təmir və yenidənqurma işləri bir neçə ay davam edəcək.
Stadium.az saytı xəbər verir ki, təmir işləri üzüündən hətta milli komanda bu il üçün nəzərdə tutulan oyunlarını başqa yerdə keçirməli olacaq. Belə ki, yığmamızın yalnız sentyabrın 2-də AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə qarşılaşmasını mərkəzi arenada keçirmək mümkündü. Sentyabrın 6-da Qazaxıstanla, oktyabrın 7-də isə Avstriya ilə seçmə mərhələ, həmçinin noyabrın ayına nəzərdə tutulmuş yoldaşlıq oyununu bu stadionda keçirmək mümkün olmayacaq. Bu variantı bir neçə ay əvvəldən fikirləşən AFFA-nın Qazaxıstanla oyunu Lənkəran şəhər stadionunda, digər qarşılaşmaları "Dalğa Arena"da keçirmək qərarına gəldiyi deyilir.
Millinin oyunlarından fərqli olaraq "Neftçi" və "Bakı"nın Premyer Liqadakı ev matçlarını mərkəzi arenada keçirməsi mümkün olacaq. Belə ki, beynəlxalq oyunlarda təmir gedən stadionda oyun keçirməyə icazə verilməsə də, milli çempionatda bununla bağlı problem yoxdu. Buna görə də "Neftçi" və "Bakı" ev oyunlarını "Tofin Bəhramov"da keçirə biləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail