"Neftçi" bəyanat yaydı

15.11.2010 | 3203 dəfə oxunub

«Neftçi»nin son turda səfərdə «Muğan»ı darmadağın etməsinə baxmayaraq, hələ də Salyan klubundan əl çəkmir. Məhz sözü gedən oyunla bağlı «Neftçi» klubu bu gün bəyanat yayıb. Bəyanat aşağıdakı kimidi:

"Neftçi" PFK Azərbaycanda futbolun inkişafına öz töhfəsini verir. Bu mövsüm səviyyəli futbolçuların transferi buna bariz nümunədi. Premyer Liqada Emil Mpenza, İqor Mitreski, Flavinyo, Bahodir Nasimov, Slavço Georgievski, Alessandro Viana da Silva, Denis Silva kimi səviyyəli legionerlərin çıxış etməsi gənc futbolçuların püxtələşməsində və Azərbaycan futbolunun inkişafında böyük rol oynayır. Lakin çox təəssüf ki, Premyer Liqanın görüşlərində bəzi klubların futbolçuları "Neftçi"nin üzvlərinə qarşı qaydalar çərçivəsindən kənar sərt və kobud oynayırlar. FİFA-nın hakimlərə tövsiyəsi budur ki, texnikalı futbolçulara qarşı kobudluğun qarşısı dərhal alınmalıdır. Oyunu idarə edən hakimlər də bəzən belə hallara göz yumurlar. Bunun nəticəsidir ki, futbolçularımız zədələnərək, bir müddət yaşıl meydanlardan kənar qalırlar.
Unibank Premyer Liqasının 13-cü turunun noyabrın 13-də keçirilmiş "Muğan" - "Neftçi" qarşılaşmasında da oxşar halın şahidi olduq. Görüşün əvvəllərində rəqib futbolçu Flavinyoya qarşı aşkar kobud oynadı və nəticədə ayağı sınan braziliyalı yarımmüdafiəçi meydandan çıxarılmalı oldu. Halbuki azarkeşlərin çoxu stadionlara Flavinyo kimi texnikalı futbolçuları seyr etməkdən ötrü gəlirlər.
"Neftçi" PFK Premyer Liqa oyunlarında bu cür halların baş verməsini pisləyir və digər klubların futbolçularını ədalətli oyun prinsipinə əməl etməyə çağırır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail