Parisdə “Baku-2015”in təqdimatı olacaq

26.11.2014 | 5219 dəfə oxunub

Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.

Stadium.az xəbər verir ki, Tədbir çərçivəsində qonaqlar “Baku-2015”ə həsr olunan bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar. “Biz birlikdə” adlanan bu sərgidə Azərbaycan heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək.

Daha sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilən film təqdim olunacaq. Filmdə bu mötəbər idman yarışına Bakıda aparılan hazırlıq işləri, yaradılan idman infrastrukturu və həyata keçirilən digər tədbirlər əksini tapıb. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımları ifaları ilə tədbirə özünəməxsus rəng qatacaqlar.

Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim ediləcək.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə indiyədək Kann, Afina, Berlin və İstanbul şəhərlərində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Bu tədbirlərin hər biri Azərbaycanın tarixi və mədəniyyətinə dair müxtəlif təqdimatlarla yadda qalıb. Qeyd edilən tədbirlərin məqsədi ilk dəfə olaraq keçiriləcək Avropa Oyunları, eləcə də Azərbaycanın bu yarışlara hazırlığı barədə digər ölkələrin izləyicilərinə məlumat vermək, mədəniyyətimizi, incəsənətimizi və adət-ənənələrimizi təbliğ etməkdir.

Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Yarışlarda 20 idman növü üzrə 49 ölkədən 6000-dən çox idmançı mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail