"Qəbələ"nin futbolçusuna ağır cəza: 4 oyunu buraxacaq!

02.12.2014 | 2905 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası ba. tutub. Stadium.Az xəbər verir ki, iclasda bir sıra qərarlar verilib.

Premyer Liqanın XIV turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur  (maddə 40).

Premyer Liqanın XIV turunun “Simurq” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).

Əvəzedici heyətlərin XIV turunun “Bakı” – “İnter” matçının 90+3-cü dəqiqəsində “İnter” klubunun 45 №-li futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XIV turunun “Simurq” – “Qarabağ” matçının 81-ci dəqiqəsində “Qarabağ” klubunun 16 №-li futbolçusu Elçin İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XIV turunun “Neftçi” – “Qəbələ” matçının 77-ci dəqiqəsində “Qəbələ” klubunun 77 №-li futbolçusu Ehtiram Şahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün  futbolçu  4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

Azərbaycan I Divizionunun XIII turunun “Şuşa” – “Energetik” matçının 48-ci dəqiqəsində “Energetik” klubunun 8 №-li futbolçusu Pərviz Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun XIII turunun MOİK  – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40).

Azərbaycan I Divizionunun XIII turunun “Lokomotiv” – “Mil-Muğan” matçının 33-cü dəqiqəsində “Lokomotiv” klubunun 10 №-li futbolçusu Rəsul Teymurxanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail